Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

“Formula-1”in mövsümünün ləğv olunması təklif edilib

© AFP 2024 / MOHAMMED AL-SHAIKHГран-при Бахрейна, фото из архива
Гран-при Бахрейна, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Təşkilatçılar bəzi mərhələləri ləğv edilən, bəziləri təxirə salınan yarışı 15-18 yürüşlə başa vurmaq niyyətindədir. Eklstoun bunu real saymır

BAKI, 27 mart — Sputnik. “Belə bir durumda bütün mövsümü bağlayar, bu il yarış keçirməzdim. İndiki durumda insanların təhlükəsizliyi üçün mümkün olan yeganə variant budur”.

Apasport.az saytının məlumatına görə, bunu “Formula-1”in sabiq rəhbəri Berni Eklstoun deyib.

Uzun illər yarışa başçılıq edən funksioner üzücü olan reallığı qəbul etməyə çağırıb: “Bu addım atılsa, heç kim axmaq-axmaq ehtimallar irəli sürməz. Təəssüf ki, Olimpiada ilə bağlı da belə qərar verildi. Məyusedicidir. Amma nə varsa, odur”. 

Təşkilatçılar bəzi mərhələləri ləğv edilən, bəziləri təxirə salınan yarışı 15-18 yürüşlə başa vurmaq niyyətindədir. Eklstoun bunu real saymır: “Əgər bunu bacarsalar, çox-çox təəccüblənərəm. Amma həqiqətən ümid edirəm ki, onlarda alınacaq. Gələn ilin əvvəlində 3-4 mərhələ keçirmək, onları 2020-ci ilin bir parçası hesab etmək olar. Problem ondadır ki, indi uyğun tras tapmaq mümkün deyil. Bu boşluq “Liberti” üçün də yaxşı şans olar ki, hər şeyi nəzarətə götürsün, promouterlərlə məşğul olsun. Həm də komandalara ödənişləri azaltsın ki, onlar 700 yox, 70 əməkdaşla işləsin”.

Qeyd edək ki, Avstraliya və Monako Qran-Priləri ləğv olunub, Bəhreyn, Vyetnam, Çin, Niderland, İspaniya, Monako və Azərbaycan Qran-Priləri qeyri-müəyyən müddətə təxirə salınıb.

Xəbər lenti
0