CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Pandemiya hamımızı sınağa çəkir"

© Sputnik / Anar MustafayevИнтервью заместителя председателя Милли Меджлиса АР Бахар Мурадовой агентству Sputnik Азербайджан
Интервью заместителя председателя Милли Меджлиса АР Бахар Мурадовой агентству Sputnik Азербайджан - Sputnik Azərbaycan
Abunə olmaq
Hazırda bu virusun cənginə aldığı ölkələrdə mövcud vəziyyətin təhlili və bir sıra acı nəticələr sübut edir ki, görülən tədbirlərin müsbət effekt verməsi üçün vətəndaş məsuliyyəti və insanların davranışı mühüm əhəmiyyət kəsb edir

BAKI, 25 mart — Sputnik. "Dünya ölkələri yeni bir çağırışla üz-üzə, insanlar isə həyati əhəmiyyət kəsb edən bir sınaq qarşısındadır. Yeni növ koronavirus - COVİD-19 qlobal təhlükə kimi hamımızı təhdid edir. Sanitar-epidemioloji salamatlığın təmin edilməsi məsələsi dünya gündəminin 1 nömrəli vəzifəsi olaraq qarşımızdadır. Hər keçən gün artan yoluxma və ölüm halları ən inkişaf etmiş ölkələrin əhalisinin belə təhlükələrdən qorunmaq üçün tam sığortalanmadığını sübut etməkdədir".

Пациент с аппаратом искусственной вентиляции лёгких (ИВЛ), фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
Azərbaycanda daha altı nəfərdə koronavirus təsbit olundu, ölən var

Sputnik Azərbaycan xəbər verir ki, bu fikirlər Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradovanın ailələrə ünvanladığı müraciətində yer alıb.

Dövlət Komitəsinin sədri xatırladıb ki, bu günə kimi bütün qitələri, regionları və ölkələri bir-birinə bağlayan iqtisadi, mədəni və humanitar əlaqələr, turizm və nəqliyyat strukturu ciddi şəkildə ziyan görməkdədir:

"Dünyanı bürüyən pandemiya həm də Yer kürəsinin insanlarını, o cümlədən, bizim hamımızı birləşdirən dəyərləri sınağa çəkir.

ÜST-ün qərar və tövsiyyələrinə uyğun olaraq ölkəmizdə koronavirus infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədi ilə epidemioloji, tibbi profilaktik və müalicəvi tədbirlərin həyata keçirilməsi üçün qəbul edilən qərarlar və onların operativ həyata keçirilməsi sahəsində xeyli işlər görülüb. Ölkə Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın ciddi diqqəti və nəzarəti altında Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargah vəziyyətdən çıxış edərək lazımi addımları atmaqda, ölkə əhalisinin sağlamlığının qorunması, baş verə biləcək fəsadların önləyici tədbirlərlə zərərsizləşdirilməsi üçün təsirli tədbirlər görməkdədir. Dövlətimiz bütün imkanlarını bu vəziyyətdə zərər görə biləcək istiqamətlərin dəstəklənməsi, ölkə xaricində olan soydaşlarımızın, aztəminatlı və həssas qrupların problemlərinin həll edilməsinə, bütövlükdə isə ölkəmizdə yaşayan bütün insanların təhlükəsizliyinin təmin edilməsinə yönəltməkdədir".

B.Muradova müraciətində bildirib ki, Azərbaycan dövləti, müvafiq icra hakimiyyəti orqanları, tibbi və sanitar epidemioloji müəssisələrimiz, nəhayət günümüzün qəhrəmanları sayılan həkimlərimiz, bütün sanitar və tibbi personalımız üzərlərinə düşən işin öhdəsindən ləyaqətlə və peşəkarlıqla gəlməkdədirlər:

Чиновник, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
Ölkədə qeyri-iş günləri barədə qərar verildi, tətil uzanır - SİYAHI

"Hazırda bu virusun cənginə aldığı ölkələrdə mövcud vəziyyətin təhlili və bir sıra acı nəticələr sübut edir ki, görülən tədbirlərin müsbət effekt verməsi üçün vətəndaş məsuliyyəti və insanların davranışı mühüm əhəmiyyət kəsb edir. Bu gün ölkəmizdə də ciddi karantin rejimi tətbiq edilməkdədir. Bakı, Sumqayıt, Abşeron, eləcə də ətraf regionlar arası əlaqələr və nəqliyyat xidməti məhdudlaşdırılıb. Belə bir vəziyyətin doğurduğu çətinliklərin əhali tərəfindən düzgün dəyərləndirilməsi virusun yayılmasının qarşısını almaq üçün görülən tədbirlərdən heç də az əhəmiyyət kəsb etmir. Və nəticə daha çox elə bundan asılıdır. Odur ki, hamımız bir nəfər kimi bu günədək görülən işlərin effektivliyini artırmaq üçün ciddi rejimin qaydalarına əməl etməli, daha çox məsuliyyətli olmalı, təmasları minimuma endirməli, ailədaxili nizam-intizamı gücləndirməli, dövlətimiz, cəmiyyətimiz və bir-birimiz qarşısındakı öhdəliklərə əməl etməliyik. Gəlin unutmayaq ki, bu gün həm də mədəniyyət və mənəviyyatın sınağa çəkildiyi gündür. Min illərin süzgəcindən keçib gələn milli-mənəvi dəyərlərimiz, adət və ənənələrimiz, dünyagörüşümüz bizdən öz yaxın və doğmalarımıza qarşı çox diqqətli olmağı, uşaqlara qayğı, yaşlılarımıza hörmət və ehtiramla yanaşmağı tələb edir. Əksər hallarda bizi onların da hərəkətləri və düzgün davranışı üçün məsuliyyət daşımağa sövq edir.

Odur ki, əziz valideynlər, öz övladlarınızın virusdan qorunmasına cavabdeh olduğunuzu bir an belə unutmayın".

Komitə sədri ailə başçılarına ünvanladığı müraciətində tövsiyələrini çatdırıb:

"65 yaşdan yuxarı ahıl soydaşlarımız, nə qədər çətin olsa da, “#evdəqal” kampaniyasının tələblərinə ciddi şəkildə əməl edin və ilk növbədə sizə əziz olan doğmalarınızın həyatını təhlükə ilə qarşı-qarşıya qoymayın. Bu günümüzün və gələcəyimizin əsas aparıcı qüvvəsi olan gənclərimiz, dövlətimiz və xalqımız daha çox sizə güvənərək bu çətin günlərdə sizdən kömək və dəstək gözləyir. Hər zaman olduğu kimi, bu gün də özünü və dövlətini qorumanın ən gözəl nümunəsini ortaya qoymaq sizin vəzifənizdir. Həyatının mənasını doğmalarının rahatlığı və firavanlığına fədakarcasına həsr etməkdə görən qəhrəman qadınlarımız! 

Любопытная крыса, фото из архива - Sputnik Azərbaycan
SƏHİYYƏ
Hansı daha təhlükəlidir - koronavirus, yoxsa hantavirus?
Bu gün sizin dözümünüz və müdrikliyiniz, mərhəmət və sevginiz ən çətin şəraitdən belə ümid və nikbinliklə çıxmaq, bütün ətrafınızı ruhlandırmaq bacarığınız sınağa çəkilir. Diqqət və qayğınızı heç birimizdən əsirgəməyin. Nəhayət hər birimiz üçün qala sayılan evlərimizin, milli-mənəvi dəyərlərimizin, bizi biz edən kültürümüzün daha çox qorunduğu, elə bu səbəbdən də müstəqilliyimizin, dövlətçiliyimizin istinad nöqtəsi və dayağı olan ailələrimizin başçısı, baş tacımız atalarımız, müraciətimiz sizədir! Bu gün sizin himayənizə fiziki və mənəvi ehtiyacı olan doğmalarınıza, hər zaman olduğundan, daha çox sevgi və diqqət göstərin. Səbrli olmaqla ailənizin bütün üzvlərini karantin dövrünün tələblərinə əməl etməyə daha çox siz sövq edə, şəxsi nümunə göstərməklə nizam və intizam qaydasında davranışın bu bəladan daha az zərərlə çıxmağın əsas şərti olduğunu onlara ən yaxşı siz izah edə bilərsiniz! Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi olaraq biz öz səlahiyyətlərimiz və imkanlarımız daxilində hər bir vətəndaşın sağlamlığının qorunması naminə görülən işlərə, hər bir ailənin ən müxtəlif ehtiyaclarının qarşılanmasına töhfə vermək üçün çalışır və həssas ailələrimizə dəstək oluruq. İnanırıq ki, dövlətimiz və xalqımızın fədakar səyləri nəticəsində ölkəmiz bu sınaqdan da ləyaqətlə və daha az itkilərlə çıxacaq".

Xəbər lenti
0