CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Milli Olimpiya Komitəsinin əməkdaşları Fonda pul köçürdülər

© Sputnik / Murad OrujovНациональный олимпийский комитет Азербайджана
Национальный олимпийский комитет Азербайджана - Sputnik Azərbaycan
Abunə olmaq
MOK vətəndaşları, o cümlədən olimpiya hərəkatının çoxminli üzvlərini koronavirusla mübarizədə aktiv olmağa, yaşlı insanların qayğısına qalmağa, zərurət olmadığı təqdirdə evdən çıxmamağa və ictimai yerlərə toplaşmamağa çağırır

BAKI, 25 mart - Sputnik. Milli Olimpiya Komitəsinin əməkdaşları Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürüblər.

Sputnik Azərbaycan-ın məlumatına görə, Azərbaycan Milli Olimpiya Komitəsinin əməkdaşları aylıq əmək haqlarının bir qismini Prezident İlham Əliyevin 2020-ci il 19 mart tarixli “Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanına əsasən yaradılan Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürüblər.

MOK mətbuat xidmətindən bildiriblər ki, qlobal pandemiya ilə mübarizə üçün sosial həmrəyliyin nümayiş etdirilməsini zəruri sayan MOK vətəndaşları, o cümlədən olimpiya hərəkatının çoxminli üzvlərini koronavirusla mübarizədə aktiv olmağa, özlərini və ətrafdakı insanları qorumaq məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın təlimatlarına ciddi riayət etməyə, yaşlı insanların qayğısına qalmağa, zərurət olmadığı təqdirdə evdən çıxmamağa və ictimai yerlərə toplaşmamağa çağırır.

Xəbər lenti
0