BAKI, 24 mart — Sputnik. Türkiyənin dörd böyük klubundan biri "Qalatasaray"ın baş məşqçisi Fatih Terim koronavirusa yoluxub.
Sputnik Azərbaycan bildirir ki, bu barədə Terim özünün Twitter səhifəsində bildirib.
Bugün yapılan test sonuçlarına göre Corona Virüs sonucum pozitif çıkmıştır. Hastanede emin ellerdeyim. Merak etmeyin. En kısa zamanda haberleşmek üzere..
— Fatih Terim (@fatihterim) March 23, 2020
"Bu gün verdiyim koronavirus testinin nəticəsi müsbət çıxdı. Xəstəxanada əmin əllərdəyəm. Narahat olmayın. Ən qısa zamanda xəbərləşərik", - Terim yazıb.
"Qalatasaray"ın bir çox oyunçusu sevimli məşqçilərinə sosial şəbəkə üzərindən ürək-dirək verərək tezliklə sağalmasını diləyib.
Qeyd edək ki, Türkiyədə son sutka ərzində virusa yoluxanların sayı 1256-dan 1549-a, ölənlərin sayı isə 30-da 37-yə qalxıb. Ölkənin Səhiyyə naziri Fahretdin Kocanın bildirdiyinə görə, bu gün 3672 test edilib, onlardan 293-nün nəticəsi müsbət olub.