CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sükut, fasilə, sanksiyalar və... "Dünyanın xoşbəxti mənəm dünyada"

© Sputnik / Murad OrujovСилуэт человека
Силуэт человека  - Sputnik Azərbaycan
Abunə olmaq
"Təəssüf ki, dialoq, anlaşma cəmiyyətimiz üçün xarakterik deyil. Biz əksər hallarda başa düşmək üçün yox, cavab vermək üçün qulaq asırıq"

BAKI, 23 mart — Sputnik. 7x7 ötən həftənin ən yaddaqalan hadisələrini şərh edir.

Kataklizmlər dövrü

Dünya iqtisadiyyatı təbəddülatlarla dolu dövrünü yaşayır. Neftin qiyməti dibə vurub, əlaqələr zənciri zədələnib, bütün sahələrdə böhran meylləri dərinləşir. Qlobalizm tamamilə iflic olub, bütün ölkələr sərhədlərini bağlamağı “xilasedici jilet” kimi görür.

Нефтяная вышка в Сирии, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Neft müharibəsi – Putinin planı məlum oldu

Koronavirusun iki ay sürməsi halında, proqnozlaşdırılan ən yaxşı senariyə görə, dünya iqtisadiyyatında itkilərin dəyərinin 76,6 milyard dollara, 3 ay sürəcəyi halda 155,9 milyard dollara, 6 ay sürərsə, 346,9 milyard dollara çatması gözlənilir.

Və ən pisi budur ki, virusun ömrünün nə qədər olacağı ilə bağlı heç bir proqnoz yoxdur.

Xəbərdarlıq!

Təsadüfi deyil ki, Prezident İlham Əliyev Novruz bayramı ilə bağlı xalqa ünvanlanan təbrik nitqində koronavirus və onunla mübarizə tədbirlərinə xüsusi yer ayırdı, ictimaiyyətə çağırış etdi. Sitat: “Bu xəstəliyin yayılmaması üçün ilk növbədə, bütün dövlət tədbirləri ilə yanaşı, vətəndaşlar da məsuliyyətli olmalıdırlar. Əgər kimsə özündə xəstəlik simptomu hiss edərsə, dərhal həkimlərə müraciət etməlidir, dərhal özünü təcrid etməlidir, kütləvi yerlərə getməməlidir, lazım olmadan kütləvi tədbirlərdə iştirak etməməlidir. Bu tədbirlər artıq ləğv olunub, amma istisna deyil ki, hansısa məsuliyyətsiz adamlar qaydalara uyğun olmayan hərəkətlər etsinlər. Mən bəri başdan hər kəsi xəbərdar etmək istəyirəm, ciddi tədbirlər görüləcək. Çünki bu, milli məsələdir, xalqımızın sağlamlığıdır, dövlətimizin təhlükəsizliyidir. Hər kəs bilsin, əgər martın 14-də elan olunmuş qaydalara kimsə əməl etməsə, çox ciddi məsuliyyətə cəlb ediləcək".

Sükut

Человек за чтением книг, фото из архива - Sputnik Azərbaycan
ELM
Distant təhsil daşa dirənib: tələbədən 10 min manat almaq asandır...

Koronavirus həyatımızın ahəngini pozdu. Adətən insanların qaynaşdığı məkanlarda narahatedici bir sükut hökm sürür indi.

Ötən həftə təhsil müəssisələrindəki fasilə aprelin 18-dək uzadıldı.

Ardınca bəzi dövlət qurumlarının əməkdaşlarının martın 29-dan aprelin 29-dək əməkhaqqı saxlanılmaqla növbədənkənar məzuniyyətə göndərilməsi haqda qərar qəbul olundu.

Restoran və kafelərdə iş rejimi əvvəlcə saat 21.00-dək, daha sonra isə 15.00-dək müəyyən edildi, eləcə də həmin vaxtdan sonra klub və barların fəaliyyətinə qadağa qoyuldu. Bakı, Sumqayıt və Abşerona girişə məhdudiyyətlər tətbiq olundu.

Bəli, mürəkkəb situasiyadır. Biznes strukturları üçün bu, xüsusilə çətin sınaq dövrüdür. Ancaq söhbət insan nəslinin təhlükəsizliyindən gedir. Yalnız həmrəylik göstərərək və qaydalara riayət etməklə vəziyyətdən çıxmaq mümkündür. Bunu Çinin nümunəsində görürük. Tətbiq edilmiş izolyasiya şərtlərinə, gigiyenik qaydalara riayət etməklə “virus ixracatçısı” özü kritik vəziyyətdən çıxdı, hazırda bu ölkədə vəziyyət yaxşılaşmağa doğru gedir.

Xoşbəxtlər və bədbəxtlər...

Koronavirusun xoşbəxtlik hormonlarımız - seratonin və endorfini əritdiyi bu günlərdə BMT dünya ölkələrinin növbəti xoşbəxtlik reytinqini açıqlayıb.

Reytinqdə Azərbaycan Cənubi Qafqazın ən xoşbəxt ölkəsi kimi tanınıb. Ən xoşbəxt sakinləri olan ölkələr sıralamasında Azərbaycan 89-cu, Ermənistan 116-cı, Gürcüstan isə 117-ci yeri tutub.

Finlandiya 2020-ci ildə dünyanın ən xoşbəxt ölkələri arasında yenidən liderdir. İlk onluğa Danimarka, İsveçrə, İslandiya, Norveç, Hollandiya, İsveç, Yeni Zelandiya, Avstriya və Lüksemburq daxildir. BMT-yə görə, ən uğursuz ölkə 153-cü yerdə sıranı tamamlayan Əfqanıstandır.

“Dünya Xoşbəxtlik Hesabatı” hər il BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri Birliyi tərəfindən tərtib olunur. Burada ömür uzunluğu, sosial dəstək və s. kimi göstəricilər nəzərə alınır.

İran küncə sıxılır

 Мужчина гуляет во дворе тюрьмы, фото из архива - Sputnik Azərbaycan
ABŞ İranın yolunu seçdi, amma rəqəmləri demir

Xoşbəxtlik reytinqində, yəqin ki, cənub qonşularımız yaxşı yerdə deyillər.

Əri döymüş - koronavirusun kritik durumla üz-üzə qoyduğu - İranı, lətifəsi ABŞ-dan uzaq, it də tutur bir yandan.

Ötən həftə ABŞ İrana qarşı sanksiyaları genişləndirib. Sanksiyalar Birləşmiş Ərəb Əmirliklərində yerləşən və İranın neft və neft-kimya məhsullarının satışına yardım edən şirkətlərə tətbiq edilib.

Bu arada İran prezidenti Həsən Ruhani ABŞ vətəndaşlarına müraciət edib. Müraciətdə amerikalılardan İranda koronavirus qurbanlarının sayının artması fonunda Vaşinqtonun Tehrana qarşı sanksiyalarını dəstəkləyib-dəstəkləmədikləri soruşulub. Ruhaninin bu ilin noyabr ayında ABŞ-da keçiriləcək prezident seçkisi ərəfəsində müraciət etməsi diqqət çəkib.

Mənsimovun həbsi

Həftənin ən çox müzakirə olunan hadisələrindən biri Türkiyədə yaşayan azərbaycanlı iş adamı Mübariz Mənsimovun həbsi oldu. Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə əlaqədə ittiham olunan M.Mənsimovun həbsi ölkəmizdə birmənalı qarşılanmadı, müxtəlif səviyyələrdə - tanınmışlardan, tanınmamışlardan iş adamının həbsinə etirazlar gəldi. Eyni zamanda, əks reaksiyalar da yox deyildi – bəziləri iş adamının ünvanına müxtəlif məzmunlu ittihamlar səsləndirdilər.

Hər halda, ümid edək ki, haqq-ədalət yerini tapacaq və M.Mənsimovun bu təşkilatla əlaqəsi barədə ittiham əsassız hesab olunaraq xitam veriləcək. Və yaxud da tamam əksinə - biz acı da olsa, həqiqəti bütün çılpaqlığı ilə görəcəyik...

Bıçaqlaşmalar

Qlobal təhdid fərdlərarası ünsiyyətdə də aqressiyaya səbəb ola bilər. Görünür, ötən həftənin kriminal xronikasında soyuq silaha əl atanlarla bağlı xəbərlərin çoxluğuna bu amilin də təsiri var.

Əksəriyyəti qəsəbələrdə baş verən hadisələrdən bir neçəsini nəzərdən keçirək: Bilgəh qəsəbəsində 1983-cü il təvəllüdlü Z.Hüseynova əri ilə mübahisə zamanı bıçaqlanıb. Saray qəsəbəsində isə 2003-cü il təvəllüdlü Nəbiyev Toğrul tanışı ilə mübahisə zamanı bıçaq zərbələrinə tuş gəlib. Kürdəxanı qəsəbəsində 45 yaşlı Ceyhun Dadaşov naməlum şəxslərlə mübahisə zəminində bıçaq xəsarətləri alıb.

Автомобиль ППС, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Bayram günündə dəhşətli qətl – Oğul atasını bıçaqlayıb öldürdü

Paytaxt ərazisində yerləşən daş karxanalarından birində isə yük maşını ilə rayonlara daş daşıyan, Ağdaş rayon Aşağı Nemətabad kənd sakini, 1968-ci il təvəllüdlü Mahmudov Əziz 16 bıçaq zərbəsi ilə qətlə yetirilib.

Daha iki ağdaşlı ötən həftə bıçaqlanma hadisəsinin iştirakçısı olub. Ağdaş rayon sakini, 1996-cı il təvəllüdlü Əhmədxanlı Həsənxan Varis oğlu həmyerlisi, 1998-ci il təvəllüdlü Xəlilov Vüsal Əfqan oğlu ilə mübahisə edib. Mübahisə nəticəsində V.Xəlilov H.Əhmədxanlıya 4 bıçaq zərbəsi vurub.

Hadisələrin təfərrüatına varmadan qeyd edək ki, onların əksəriyyətini təhlil etsək, aydın olacaq ki, əslində çoxu faciə ilə yekunlaşmalı olmayan xırda anlaşılmazlığın nəticəsidir. Təəssüf ki, dialoq, anlaşma cəmiyyətimiz üçün xarakterik deyil. Biz əksər hallarda başa düşmək üçün yox, cavab vermək üçün qulaq asırıq.

Xəbər lenti
0