BAKI, 18 mart — Sputnik. "Sabah" futbol klubu maraqlı addım atıb.
Sputnik Azərbaycan xəbər verir ki, klubun legionerlərinə - Saşa Stamenkoviç, Filip İvanoviç, Amadu Diallo və Kevin Kubembaya Novruz bayramı ilə bağlı suallar ünvanlanıb.
Futbolçular bəzi suallar qarşısında aciz qalıblar. Klubun serbiyalı qapıçısı Saşa Stamenkoviç onlara daha doğru cavab verməyi bacarıb.
Qeyd edək ki, "Sabah" futbol klubu 20 oyundan 21 xal toplayaraq turnir cədvəlində 5-ci yerdə qərarlaşıb.