BAKI, 17 mart – Sputnuk. Türkiyədə yaşayan Azərbaycan əsilli iş adamı, “Palmali” Şirkətlər Qrupunun rəhbəri Mübariz Mənsimov həbs olunub.
Bu barədə Sputnik Azərbaycan “Hurriyet”-ə istinadən xəbər verir.
Məlumata əsasən İstanbul Məhkəməsi FETÖ işi ilə əlaqədar saxlanılan Mənsimov barədə həbs qərarı verib.
Mübariz Mənsimovla birgə saxlanılan Nuray Nurcihan Perker isə sərbəst buraxılıb.
Xatırladaq ki, Mübariz Mənsimov martın 15-də İstanbul Baş Prokurorluğunun qərarı ilə saxlanılmışdı. Saxlanıldıqdan sonra onun ofisində və yaşadığı evdə axtarış aparılmışdı.