CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Mübariz Mənsimov Türkiyədə həbs olundu - KİV

© Photo : Facebook / MubarizMensimov"Palmali Holding"in rəhbəri Mübariz Mənsimov
Palmali Holdingin rəhbəri Mübariz Mənsimov  - Sputnik Azərbaycan
Abunə olmaq
Türkiyə mətbuatının xəbərinə görə, onu Fetullah Gülenlə bağlı aparılan istintaq çərçivəsində saxlayıblar

BAKI, 15 mart — Sputnik. Tanınmış azərbaycanlı iş adamı Mübariz Mənsimov Türkiyədə saxlanılıb.

Sputnik Azərbaycan bildirir ki, bu barədə “Sabah” qəzeti məlumat yayıb.

Məlumata görə, İstanbul Baş Prokurorluğunun qərarı ilə "Palmali" Şirkətlər Qrupunun rəhbəri Mübariz Mənsimov həbs edilib və onun yaşadığı evlərdə axtarış aparılır.

M.Mənsimovun köməkçisi Fidan Quliyeva APA-ya məlumatı təsdiqləyərək bildirib ki, hazırda iş adamının İstanbuldakı ofisində polis axtarış aparır.

Türkiyə mətbuatının xəbərinə görə, onu Fetullah Gülenlə bağlı aparılan istintaq çərçivəsində saxlayıblar.

Xəbər lenti
0