BAKI, 16 mart — Sputnik. 2020-ci ilin yanvarında ölkəyə idxal olunan məhsulların ümumi dəyərinin 16,2 faizi Rusiya, 15,8 faizi Çinin payına düşüb.
Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Dövlət Statistika Komitəsi məlumat açıqlayıb. Bundan başqa, bu ilin yanvarında idxal olunan məhsulların ümumi dəyərinin 14,1 faizi Türkiyə, 6,1 faizi Almaniya, 4,1 faizi ABŞ, hər biri 3,9 faiz olmaqla Türkmənistan və İtaliya, 3,5 faizi Ukrayna, 3,3 faizi İran, 2,6 faizi Birləşmiş Krallıq, 1,9 faizi Fransa, hər biri 1,8 faiz olmaqla Koreya və Yaponiya, 1,3 faizi Meksika, 19,7 faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşüb.
2020-ci ilin yanvar ayında 2019-cu ilin yanvar ayı ilə müqayisədə mühüm məhsul növlərindən bitki yağlarının ixracı 9,3 dəfə, meyvə və tərəvəz konservləri – 1,8 dəfə, meyvə və tərəvəz şirələri – 1,7 dəfə, marqarin, qida üçün yararlı digər qarışıqlar – 3,9 dəfə, kartof – 17,3 faiz, polietilen – 1,6 dəfə, emal olunmamış alüminium – 5,1 faiz, pambıq ipliyi – 3,7 dəfə, qara metallardan borular – 25,3 faiz, bentonit gili – 18,4 faiz artmış, təzə meyvə ixracı isə 22,7 faiz, təzə tərəvəz – 17,0 faiz, şəkər – 44,5 faiz, tütün – 67,1 faiz, çay – 56,6 faiz, təbii üzüm şərabları və üzüm suslosu – 87,3 faiz, pambıq lifi – 11,7 faiz azalıb.
2019-cu ilin yanvar ayı ilə müqayisədə 2020-ci ilin yanvar ayında bitki yağlarının idxalı 6,8 faiz, çay – 1,9 dəfə, kərə yağı, digər süd yağları və pastaları – 40,3 faiz, təzə tərəvəz – 8,5 faiz, minik avtomobilləri – 2,5 dəfə, polad prokatı – 47,6 faiz, qara metallardan çubuqlar – 2,3 dəfə, hesablama maşınları, blok və qurğuları – 1,6 dəfə, yük avtomobilləri – 35,8 faiz, polietilen – 30,9 faiz, avtobuslar – 2,0 dəfə, paltaryuyan maşınlar – 42,1 faiz, məişət soyuducuları – 2,5 dəfə artmış, buğda idxalı isə 54,4 faiz, təzə meyvə – 6,4 faiz, kartof – 13,5 faiz, quş əti və onun əlavə məhsulları – 10,5 faiz, mal əti – 12,2 faiz, xam şəkər və şəkər – 81,1 faiz, siqaret – 94,3 faiz, qara metallardan borular – 7,9 faiz, rezin şinlər – 32,1 faiz, mebellər – 13,8 faiz, qara metallardan künclüklər – 48,0 faiz, mineral gübrələr – 90,6 faiz, sement və sement klinkerləri – 54,9 faiz, məişət kondisionerləri – 53,6 faiz azalıb.