Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Virus onu da rəhm etmədi – Makqreqorun ailəsinə ağır itki

© AP Photo / John LocherБой Хабиба Нурмагомедова против Конора Макгрегора за титул чемпиона UFC в легком весе
Бой Хабиба Нурмагомедова против Конора Макгрегора за титул чемпиона UFC в легком весе - Sputnik Azərbaycan
Xəbərlərə abunə olun
Yandex newsTelegram
O bildirib ki, xalasının ölümü haqda bir neçə gün öncə məlumat alıb: "Mən daha yaşaya bilmirdim. Mənim bədbəxt xalam. Lənətə gəlmiş virus. Bu nə cəfəngiyyatdır"

BAKI, 14 mart — Sputnik. Qarışıq idman növləri üzrə döyüşçü, irlandiyalı Konor Makqreqorun xalası koronavirusdan dünyasını dəyişib.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə idmançı öz "Instagram" hesabında paylaşım edib. O bildirib ki, xalasının ölümü haqda bir neçə gün öncə məlumat alıb: "Mən daha yaşaya bilmirdim. Mənim bədbəxt xalam. Lənətə gəlmiş virus. Bu nə cəfəngiyyatdır".

Makqreqor həmçinin insanları gigiyenik qaydalara riayət etməyə çağırıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı martın 11-i "COVID-19" koronavirusunu pandemiya elan edib. Dünyanın 120-dən çox ölkəsində 130 mindən artıq insan koronavirusa yoluxub. Onlardan əksəriyyəti sağalıb, lakin 5 mindən artıq xəstə dünyasını dəyişib.

Xəbər lenti
0