Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

AVRO-2020 təxirə salına bilər – UEFA rəsmisi açıqlama verdi

© REUTERS / ANTON VAGANOVЛоготип ЕВРО-2020, фото из архива
Логотип ЕВРО-2020, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
İcraiyyə Komitəsinin nümayəndəsi koronavirus pandemiyası üzündən yarışın bir il sonra təşkil olunması ehtimalının olduğunu bildirib

BAKI, 14 mart — Sputnik. AVRO-2020-nin final mərhələsinin bir il sonra keçirilməsi variantının mövcudluğu təsdiqlənib.

Sputnik Azərbaycan-ın məlumatına görə, UEFA rəsmisi Evelina Kristillin bunun nəzərdən keçirildiyini açıqlayıb.

İcraiyyə Komitəsinin nümayəndəsi koronavirus pandemiyası üzündən yarışın bir il sonra təşkil olunması ehtimalının olduğunu bildirib: “Mən İcraiyyə Komitəsinin digər üzvlərinin fikirlərini bilmirəm. Amma hesab edirəm ki, indi milli çempionatların başa çatması üçün vaxt saxlamaq və AVRO-2020-ni bir il təxirə salmaq yerinə düşər. Buna görə də biz AVRO-2020-nin növbəti ilə keçirilməsinin mümkünlüyünü götür-qoy edəcəyik”.

Qeyd edək ki, iyunun 12-dən iyulun 12-dək keçirilməsi planlaşdırılan AVRO-2020-nin matçları qitənin 12 şəhərində, o cümlədən Bakıda təşkil olunmalı idi.

Xəbər lenti
0