BAKI, 14 mart — Sputnik. UEFA Avro-2020 çempionatını dayandıra bilər. Sputnik Azərbaycan xəbər verir ki, UEFA AVRO-2020-nin keçirilməsi ilə bağlı hazırlıq işlərini dayandırmağa qərar verib.
Sputnik Azərbaycan-ın məlumatına görə, buna səbəb koronavirus pandemiyasıdır.
Bildirilir ki, qurum tərəfdaşlarını hazırlıq proseslərinin dayandırılmasının zəruriliyi barədə məlumatlandırıb. Çünki turnirin final mərhələsinin 2021-ci ilə keçirilməsi müzakirə olunur.
Qeyd edək ki, iyunun 12-dən iyulun 12-dək keçirilməsi planlaşdırılan AVRO-2020-nin oyunları 12 şəhərdə, o cümlədən Bakıda təşkil olunmalı idi.