Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Koronavirus, neft və manatın taleyi – Bizi yaxın vaxtlarda nələr gözləyir?

© AFP 2023 / MARWAN NAAMANIНа територии завода Saudi Aramco, фото из архива
На територии завода Saudi Aramco, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"Xüsusilə Rusiya və Türkiyənin milli valyutası dəyər itirəndə bu, bizdə idxalı stimullaşdırır və daxili istehsalı bir az "boğur"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 13 mart — Sputnik. "Bu gün dünya bazar qiymətlərində dəyişikliklərin çox sərt olmasının səbəbi bir neçə faktorun eyni vaxtda birləşməsidir. 2020-ci ildə dünya iqtisadiyyatının böyümə imkanlarının zəifləyəcəyi gözləntiləri var idi. Amma bu gözləntilərə koronavirus və OPEC+ məsləhətləşmələrinin nəticəsiz başa çatması faktorlarının da əlavə olunması qiymətlərdə sərt enmələrə səbəb oldu".

Нефтяная вышка в Сирии, фото из архива - Sputnik Azərbaycan
Neft bazarında vəziyyət gərginləşir, Tramp isə ruslarla gizli görüş keçirib

Bunu iqtisadçı-ekspert Cəfər İbrahimli Sputnik Azərbaycan-a neft bazarındakı vəziyyət və onun ölkəmizə təsirindən danışarkən deyib.

Ekspert bildirib ki, son 5-6 ildə mərkəzi bankların bazara verdiyi likvid pul dünya birjalarında maliyyə alətlərinin və əmtəələrin qiymətinin çox artmasına səbəb olub: "Bu riskin 2020-2021-ci illərdə tənzimlənməsi, bazarlarda qiymətlərdə dəyişikliklərin olacağı gözlənilirdi. Amma qiymətlərdə enmələri real hesab etmirəm. Bu, iqtisadi vəziyyəti tam əks etdirən rəqəmlər olmadığı üçün xüsusən neftin qiymətində artımın olacağını gözləyirəm".

Onun fikrincə, 2020-ci ildə Azərbaycanın tədiyyə balansının müsbət və ya mənfi olacağını indidən demək bir az çətindir: "Amma 1-2 milyard mənfi tədiyyə balansı olsa belə, bu, Azərbaycan iqtisadiyyatı üçün problem yaratmayacaq. Əslində manat digər valyutaların qarşısında "üzür", sadəcə dollar qarşısında stabil saxlanır. Burada söhbət manat-dollar kursunun dəyişib-dəyişməyəcəyindən gedir. Manatın üzərində hələ ki, ciddi təzyiq hiss olunmur. Düzdür, xüsusilə Rusiya və Türkiyənin milli valyutası dəyər itirəndə bu, bizdə idxalı stimullaşdırır və daxili istehsalı bir az "boğur". Bu mənada bir az çətinliyimiz ola bilər".

Onun fikrincə, dünyada tüğyan edən koronavirusun qarşısı alınacaq və yüksəlmə başlayacaq: "Digər tərəfdən, neftin qiymətinin çox aşağı olması neft istehsal edən ölkələr üçün faydalı deyil. Rusiya neft hasilatının azaldılması məsələsində razılığa gələcək. Dünyadakı iqtisadi vəziyyət bir az neftin qiymətini təhdid edir. Lakin dünyada neftin qiymətlərinin stabilləşəcəyini düşünürəm".

Baş nazir dollar təşvişi ilə bağlı əhaliyə müraciət etdi

İqtisadçı-ekspert Fikrət Yusifov Sputnik Azərbaycan-a deyib ki, dünya bazarlarında neftin qiymətlərinin kəskin azalması və bunun hansı fəsadlar yarada biləcəyi ilə bağlı müxtəlif məlumatlar paylaşılır: "Azərbaycan dünyanın iqtisadi müstəvisinin bir parçası kimi bu proseslərdən kənarda deyil. Lakin baş verənləri "iqtisadiyyat çökəcək, manat 2015-ci ildəki kimi kəskin devalvasiyaya məruz qalacaq" kimi təqdim etmək nə qədər doğrudur və bu kimlərə lazımdı? Azərbaycan manatı artıq bir neçə ildir ki, öz sabitliyini qoruyub saxlayır və manatın məzənnəsinin hələ uzun müddət sabit qala bilməsi üçün hökumətin kifayət qədər böyük imkanları var".

Председатель Центра изучения экономических ресурсов Руслан Атакишиев - Sputnik Azərbaycan
Cəmiyyətin dollar ajiotajı nədən qaynaqlanır – ekspert danışır

"Bu gün bütün banklarda xarici valyutanın satışı tam sərbəst şəkildə, heç bir məhdudiyyət qoyulmadan, bir dollar üçün 1 manat 70 qəpik kursu ilə həyata keçirilir. Odur ki, ajiotaj yaratmaq lazım deyil. Ölkənin iqtisadi və maliyyə dayanaqlılığı milli valyutanın məzənnəsinin sabitliyi üçün kifayət qədər yetərlidir" – deyə ekspert qeyd edib.

Qeyd edək ki, Mərkəzi Bankın sədri Elman Rüstəmov neftin qiymətinin kəskin azalmasının manatın məzənnəsinə təsiri ilə bağlı jurnalistlərə açıqlama verib: "Bu gün, hələ ki, strateji valyuta ehtiyatlarından istifadə haqqında düşünmürük. Ölkənin kifayət qədər valyuta ehtiyatı var. Dövlət Neft Fondunun transfertləri dəyişmir. Mərkəzi Bankın öz ehtiyatları, Maliyyə Nazirliyinin əhəmiyyətli ehtiyatları mövcuddur. Biz bütün ehtiyatlardan tam istifadə edəcəyik. Güman edirəm ki, problem biz gözlədiyimizdən daha tez başa çatacaq. Lakin bizim strateji valyuta ehtiyatlarımızın olduğunu da unutmaq lazım deyil".

E.Rüstəmov bildirib ki, hazırda bütün banklarda əhalinin ala biləcəyi qədər xarici valyuta var: "Dünyada koronavirusun coğrafiyasının genişlənməsi, qlobal iqtisadi proseslərdə - ticarətdə, iqtisadi artımda baş verənlər və qiymətləndirmələr, proqnozlar və bunların təsiri altında martın əvvəllərində neftin qiymətində azalmalar müşahidə olundu. Biz yenə də ənənəvi olaraq xarici şokdan danışırıq. Baş verən proseslər ölkəmizdə aparılan sosial-iqtisadi proselərdən qaynaqlanmır. Hətta deyərdim tam əksinədir. Ölkəmizdə iqtisadi inkişaf sürətlənir, maliyyə, makroiqtisadi sabitlik hökm sürür. Neftin qiymətinin düşməsi ölkənin nə ticarət, nə tədiyyə balansında əhəmiyyətli problem yaratmaq iqtidarında deyil. Bu, bazar iştirakçılarının, ilk növbədə, əllərində nağd manat olan əhalinin reaksiyasıdır. Yəni, bu gözlənti reaksiyasıdır. Hökumətin, Mərkəzi Bankın əsas gördüyü iş bu gözləntiləri müsbət gözləntiyə çevirməkdir ki, bunun üçün bütün tədbirlərdən istifadə edirik".

"Milli valyutanı dollara çevirən əhalini sakitliyə çağırıram. Hökumətin, Mərkəzi Bankın həyata keçirdiyi tədbirlərdən görünür ki, biz buna tam şəkildə hazırıq. Hökumətin və Mərkəzi Bankın "B" planı var. Bu plan məhz neftin 30-35 dollar qiymətinə hazırlanıb. Faktiki olaraq hökumət bu planla fəaliyyət göstərir. Biz bu problemi tez bir zamanda həll etmək əzmindəyik. Əhaliyə çağırışımız ondan ibartdir ki, onlar öz hərəkətləri ilə bizə kömək edə bilərlər ki, bu problemi tez həll edək"-deyə o bildirib.

Xəbər lenti
0