CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ağcabədidə qadın intihar etdi, həyat yoldaşı saxlanıldı

CC0 / Pexels / handintihar
intihar - Sputnik Azərbaycan
Abunə olmaq
Meyitin xarici müayinəsi zamanı alnında iki ədəd sıyrıq, döş qəfəsi və boynunun ön səthində qançırlar, sağ qolunda cızıq və hər iki baldırın ön səthində ləkələr aşkar edilib

BAKI, 12 mart — Sputnik. Martın 10-da Ağcabədi rayonu Təzəkənd kənd sakini 1991-ci il təvəllüdlü Günay Şəmilova yaşadığı evin həyətindəki yardımçı tikilidə özünü iplə asaraq intihar edib.

Çevik Xilasetmə İdarəsinə press-tur - Sputnik Azərbaycan
HADİSƏ
Sevgisinə görə intihar edən gənc qızın cəsədi tapılmayıb

Sputnik Azərbaycan Baş Prokurorluğun məlumatına istinadla xəbər verir ki, daxil olmuş məlumat əsasında prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar götürülüb və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Meyitin xarici müayinəsi zamanı alnında iki ədəd sıyrıq, döş qəfəsi və boynunun ön səthində qançırlar, sağ qolunda cızıq və hər iki baldırın ön səthində ləkələr aşkar edilib.

Məhkəmə-tibbi ekspertinin ilkin məlumatına görə, mərhumun bədənində aşkar edilən xəsarətlər onun ölümündən bir neçə gün əvvəl əmələ gəlib.

Penitensiar xidmətin şöbə rəisi məhkəmə zalında intihar etdi

Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

İntiharın səbəblərinin araşdırılması məqsədilə mərhumun ailə üzvlərinin, qonşuların və digər şəxslərin ifadələri alınıb.

Aparılmış istintaq-əməliyyat tədbirləri nəticəsində Günay Şəmilovanın 2010-cu ildən rəsmi nikah münasibətinə girib evləndiyi Etibar Şəmilov tərəfindən ailə-məişət zəminində aralarında yaranan mübahisə zamanı mütəmadi olaraq döyülüb amansız rəftar edilməklə ləyaqətinin alçaldılması nəticəsində özünü öldürmə dərəcəsinə çatdırılaraq intihar etməsinə əsaslı şübhələr müəyyən edilib.

Etibar Şəmilov cinayət işi üzrə martın 11-də şübhəli şəxs qismində tutulub.

Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Xəbər lenti
0