BAKI, 26 fevral — Sputnik. Dünən Bakı bulvarında özünü dənizə ataraq intihar edən Nəzakət Rzazadənin meyitinin tapılması üçün axtarışlar davam etdirilir. Bu barədə Sputnik Azərbaycan-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətinin rəhbəri Gülçin Mehdiyeva bildirib.
O qeyd edib ki, Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.
Xatırladaq ki, ötən gün Sabirabad rayon sakini, 1998-ci il təvəllüdlü Rzazadə Nəzakət Muğdət qızı özünü dənizə ataraq canına qəsd edib.
Azərbaycan Tibb Universitetinin tələbəsi olan gənc qızın sevdiyi oğlana görə intihar etdiyi iddia edilir.