CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Baş məşqçilərin reytinqi açıqlandı - Qurbanov irəlilədi

© Sputnik / Murad OrujovМатч третьего тура группы A Лиги Европы по футболу между азербайджанским "Карабахом" и кипрским АПОЭЛ
Матч третьего тура группы A Лиги Европы по футболу между азербайджанским Карабахом и кипрским АПОЭЛ - Sputnik Azərbaycan
Abunə olmaq
"Liverpul"un çalışdırıcısı Yurgen Klopp 15 min 846 xalla siyahıya liderlik edir. İkinci yerdə isə argentinalı mütəxəssis Marselo Qalyardo gəlir

BAKI, 10 mart — Sputnik. Dünyanın ən yaxşı məşqçilərinin yeni reytinq siyahısı açıqlanıb. Sputnik Azərbaycan "Clubworldranking"ə istinadən xəbər verir ki, 1000 mütəxəssisin adının yer aldığı cədvəldə Azərbaycanı təmsil edən yeganə məşqçi Qurban Qurbanov 1054 xalla 566-cı yerdə qərarlaşıb. O, ötən illə müqayisədə 7 pillə irəliləyib.

Qeyd edək ki, "Liverpul"un çalışdırıcısı Yurgen Klopp 15 min 846 xalla siyahıya liderlik edir. İkinci yerdə argentinalı mütəxəssis Marselo Qalyardo, üçüncü yerdə isə "Barselona"nın keçmiş baş məşqçisi Ernesto Valverde yer alıb.

Xəbər lenti
0