Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Çempionlar Liqası: 1/4 finalın ilk iştirakçıları məlum olacaq

© © REUTERS/Guglielmo MangiapaneÇempionlar Liqası yeni topu
Çempionlar Liqası yeni topu - Sputnik Azərbaycan
Abunə olmaq
Martın 11-də PSJ (Fransa) – “Borussiya” (Dortmund, Almaniya) və “Liverpul” (İngiltərə) – “Atletiko” (İspaniya) matçları keçiriləcək. 1/8 final mərhələsi isə martın 17-18-dəki oyunlarla başa çatacaq

BAKI, 10 mart — Sputnik. Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunları başlayacaq.

Sputnik Azərbaycan xəbər verir ki, ilk oyun günündə 1/4 final mərhələsinin iki iştirakçısı bəlli olacaq.

Valensiyada eyniadlı komanda çətin vəzifənin öhdəsindən gəlməyə çalışacaq. “Yarasalar” “Atalanta”dan böyük hesablı məğlubiyyətin əvəzini çıxmalıdır. 

“Tottenhem” isə evdə aldığı yenilgini unutdurmaq üçün Almaniyaya yollanıb. Londonlular 1/4 final iddiasında olan “Leypsiq”i mübarizədən kənarlaşdırmalıdır.

Qeyd edək ki, martın 11-də PSJ (Fransa) – “Borussiya” (Dortmund, Almaniya) və “Liverpul” (İngiltərə) – “Atletiko” (İspaniya) matçları keçiriləcək. 1/8 final mərhələsi isə martın 17-18-dəki oyunlarla başa çatacaq.

Çempionlar Liqası
1/8 final, cavab oyunları
10 mart

00:00. “Valensiya” (İspaniya) – “Atalanta” (İtaliya)
Baş hakim: Ovidiu Alin Hateqan (Rumıniya)
Valensiya. “Mestalya” stadionu
İlk oyun – 1:4

00:00. “Leypsiq” (Almaniya) – “Tottenhem” (İngiltərə)
Baş hakim: Karlos del Serro Qrande (İspaniya)
Leypsiq. “RB Arena”
İlk oyun – 1:0

Xəbər lenti
0