CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bir adama min nəfər: Kəmiyyət artır, qalır keyfiyyətin düzəlməsi

CC BY 2.0 / Mike Renlund / PsychologistPsixoloqun qəbulunda, arxiv şəkli
Psixoloqun qəbulunda, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Qərarın verilməsinə baxmayaraq, ölkədə kəmiyyət və keyfiyyət olaraq psixoloqlar yoxdur. Bu mənada psixologiya-bakalavr ixtisaslarında islahatlara ehtiyacı var.

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 10 mart — Sputnik. Orta məktəblərdə psixoloqların sayı ilə bağlı təklif Nazirlər Kabineti tərəfindən təsdiq edilib. İndiyə qədər şagird sayından asılı olmayaraq hər məktəbə 1 psixoloq ştat vahidi müəyyən edilmişdisə, Baş Nazir Əli Əsədovun imzaladığı yenin qərara görə, artıq şagird sayı 1000-dək olduqda 1 vahid, şagird sayı 1000-dən 3000-dək olduqda 2 vahid, şagird sayı 3000-dən çox olduqda 3 vahid psixoloq ayrılacaq.

Cтарший лейтенант МЧС Самира Ибадова - Sputnik Azərbaycan
CƏMİYYƏT
Yüzlərlə insanı xilas etmiş psixoloq: intihar edənlər ölmək istəmirlər

Qeyd edək ki, Baş Nazirin imzaladığı bu qərar kifayət qədər vacib addımdır. Bu qərar məktəblərdə vəziyyətin yaxşılaşmasına xidmət edəcək. Bununla yanaşı, orta məktəblərdə keyfiyyətli psixoloji xidmətin təşkilinə ciddi ehtiyac var.

Təhsil eksperti Qoşqar Məhərrəmov deyir ki, bu qərar yaxşılığa doğru atılmış bir addım olsa da, hələ psixoloq köməyinin təşkil edilməsi baxımından çox iş görülməlidir: "Təsəvvür edin ki, 1000-ə qədər şagirdlə bir psixoloqun məşğul olması fiziki baxımdan belə mümkün deyil. Amma bu qərara qədər vəziyyət daha acınacaqlı idi. Belə ki, əvvəl 1500-2000-ə qədər şagirdlə məşğul olmaq üçün bir psixoloq ayrılmışdı. Yəni iş daha çətin idi. Yeni verilən qərar tam təkmil olmasa da, yaxşılığa doğru bir addımdır. Bununla belə psixoloqların sertifikasiyası aparılmalı, onlar arasında səriştəsiz olanlar işdən uzaqlaşdırılmalı, mövcud minimal səriştələri olan psixoloqlar isə səriştələrini artırmaq üçün müəyyən peşəkar inkişaf proqramlarına yönləndirilməlidir. Bu yolla onların motivasiyasını artırmaq olar. Müəyyən sertifikasiyadan, akkreditasiyadan keçmiş psixoloqların isə məvacibləri artırılmalıdır".

Orta məktəblərdə psixoloq problemi - Hər şeyi onlardan gözləmək düzgündürmü

Ekspert həmçinin bildirib ki, əvvəllər 1500-2000-ə qədər şagird sayı olan məktəblərdə psixoloqların ümidsiz vəziyyətə düşdüyü müşahidə edilirdi. Belə ki, çox zaman psixoloqlar "bu qədər uşaqla mən heç bir iş görə bilmərəm" deyib həqiqətən heç bir iş görmürdülər.

"Ancaq tövsiyə edərdik ki, psixoloqlarımız öz maksimal güclərində işləsinlər. Düzdür, son zamanlar məktəblərdə psixoloqlar haqqında xoşagəlməz fikirlər irəli sürülür. Bildirilir ki, məktəblərdə psixoloq ştatında olan psixoloqlar psixoloji biliklərə malik deyil, müəyyən kurslar keçmiş psixoloqlardır və məktəbə çox zaman gəlmirlər. Hesab edirəm ki, psixoloq ştatını tutub, psixoloji biliklərə malik olmayan şəxslər çox ciddi səhlənkarlığa yol verirlər. Bu şəxslərin qısa müddətdə işdən uzaqlaşdırılması labüddür. Ümid edirik ki, bu sahədə müəyyən tədbirlər görüləcək" – deyə Qoşqar Məhərrəmov əlavə edib.

Ekspert vurğulayıb ki, qərarın verilməsinə baxmayaraq, ölkədə kəmiyyət və keyfiyyət olaraq psixoloqlar yoxdur. Bu mənada psixologiya-bakalavr ixtisaslarında islahatlara ehtiyacı var. Bu ixtisası bitirən şəxslər kəmiyyət baxımından yetərli qədər olsa da, keyfiyyət baxımından dünyada trendlər, standartlar baxımından yetərsizdir.

Təhsil eksperti Kamran Əsədovun fikrincə isə son dövrlər təhsil sahəsində olan problemlərə nəzər saldıqda onlardan biri, bəlkə də ən aktual olanı orta məktəblərdə psixoloji xidmətin zəifliyidir.

Psixoloq Taryel Faziloğlu - Sputnik Azərbaycan
CƏMİYYƏT
Tanınmış psixoloq: “Bizdə psixoloji xidmət yox səviyyəsindədir”

"Bununla bağlı bir çox tədbirlər görülür. Görülən bu tədbirlər nəticəsində, artıq orta məktəblərdə bu sahənin adı var. İndi qalır doğru-dürüst fəaliyyəti. Təəssüf ki, orta məktəblərdə direktor və psixoloq bu sahəyə hələ də dırnaqarası yanaşır. Araşdırmalarıma görə, orta məktəbdə psixoloji xidmətin zəif olması bir çox səbəblə bağlıdır. Birincisi, bu sahənin yeni olmasıdır. Yəni orta məktəbdə psixoloq ştatı hələ tam oturuşmayıb və cəmiyyət tam şəkildə maariflənməyib. Valideyn hələ tam fərqinə vara bilmir ki, psixoloqun orta məktəbdə işi nədən ibarətdir. Ona görə də, maariflənmə işi düşünürəm ki, daha da geniş formada aparılmalıdır" – deyə Əsədov vurğulayır.

Ekspert həmçinin qeyd edib ki, psixoloq ştatının olması, ancaq psixoloqların psixoloji işi aparması üçün şəraitlərinin olmamasıdır.

"Nazirlər Kabineti tərəfindən orta məktəblərdə psixoloqların ştatı artırıldı. Bu əlbəttə olduqca müsbət bir addımdır. İndi şagird sayına görə məktəblərdə psixoloqlar fəaliyyət göstərəcək. Amma bunun özü də azdır. Təklif edirəm ki, orta məktəblərdə ibtidai siniflər üzrə ayrı, IX sinfə qədər təhsil alan şagirdlər üçün ayrı, X-XI siniflər üçün ayrı psixoloq olsun. Hətta oğlan və qız şagirdlər üçün ayrı-ayrı psixoloq ştatı ayrılmalıdır" – deyə Kamran Əsədov bildirib.

Onun sözlərinə görə, bu gün cəmiyyətdə baş verən hadisələr, informasiya bolluğu şagirdlərdə aqressiv halların genişlənməsinə səbəb olur. Ona görə də onlarla individual məşğul ola biləcək psixoloqlara ehtiyac var: "Yeniliyin çatışmayan cəhəti də odur ki, 100 şagirdi olan məktəbə də 1 psixoloq olacaq, 999 şagirdi olan məktəbə də. Düşünürəm ki, bu say bölgüsünü dəyişmək lazımdır. Hal hazırda ölkədə 4447 orta məktəb var və şagird sayı 3 mindən çox olan məktəblərin sayı çox deyil".

Xəbər lenti
0