CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Orta məktəblərdə psixoloq problemi - Hər şeyi onlardan gözləmək düzgündürmü

© Sputnik / Aleksey MalgavkПустой класс
Пустой класс - Sputnik Azərbaycan
Abunə olmaq
Fərqanə Mehmanqızı: "Bir psixoloq 2000 uşaqla məşğul ola bilməz"

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 15 aprel — Sputnik. Ailədaxili problemlər, valideynlər arasında münasibətlərin pozulması və s. bu kimi hallar uşaqların güclü psixoloji zədələr yaşamasına səbəb olur.

Bir neçə gün öncə 163 saylı məktəbin şagirdi Elina Hacıyevanın intiharı, "İdrak" liseyinin şagirdi Qalib Qasımovun sinif yoldaşları tərəfindən döyülməsi bir daha sübut edir ki, uşaqların psixoloq yardımına ehtiyacı var. Uşaqlar günün çox hissəsini məktəbdə keçirdiyi üçün onlarla məktəb psixoloqları məşğul olmalıdır.

Bəs məktəblərdə psixoloqların fəaliyyəti qənaətbəxşdirmi?

Sputnik Azərbaycan bu məsələyə aydınlıq gətirməyə çalışıb.

Təhsil eksperti Kamran Əsədov hesab edir ki, orta məktəblərdə hər şeyi psixoloqdan gözləmək düzgün deyil: "Təhsil sahəsində olan problemlərə nəzər salsaq, onlardan biri və bəlkə də ən aktual olanı orta məktəblərdə psixoloji xidmətin zəifliyidir. Son illər bununla bağlı bir çox tədbirlər görülür. Görülən tədbirlər nəticəsində, artıq orta məktəblərdə bu sahənin adı var, bircə qalır doğru-dürüst fəaliyyəti. Təəssüf ki, orta məktəblərdə direktor və psixoloq bu sahəyə hələ də dırnaqarası yanaşır".

© Sputnik / Murad OrujovKamran Əsədov
Orta məktəblərdə psixoloq problemi - Hər şeyi onlardan gözləmək düzgündürmü - Sputnik Azərbaycan
Kamran Əsədov

Ekspertin sözlərinə görə, məktəblərdə psixoloji xidmətin zəif olmasının bir çox səbəbləri var: "Bu sahə yeni olduğu üçün məktəblərdə psixoloq ştatı hələ tam oturuşmayıb və cəmiyyət tam şəkildə maariflənməyib. Valideyn hələ tam fərqinə vara bilmir ki, psixoloqun orta məktəbdə işi nədən ibarətdir. Ona görə də, maariflənmə işi daha da geniş formada aparılmalıdır. İkinci bir tərəfdə psixoloq ştatının olması, ancaq psixoloqların psixoloji işi aparması üçün şəraitlərinin olmamasıdır. Çünki heç kimə sirr deyil ki, bir qisim orta məktəbdə psixoloqlar konkret əvəzçiliklə dərs demək, öz işləri ilə yanaşı başqa işləri də yerinə yetirmək durumu ilə üz-üzə qalırlar".

K. Əsədov əlavə edib ki, orta məktəbdə çalışan psixoloqun aldığı əmək haqqı, digər müəllimlərin aldığı məvacibə, müəyyən qədər bərabər tutulmalıdır. Belə olan halda psixoloqlarda işləməyə həvəs yarana bilər.

"Xoşagəlməz fakt odur ki, son vaxtlar baş verən intiharların çoxu orta məktəb şagirdləri tərəfindən edilir. Valideyn uşağı ilə ünsiyyət və tərbiyə prosesini düzgün qurmaqda çətinlik çəkir, ailədaxili münasibətdə konflikt var. Bu hadisələrin fonunda yeniyetmənin özünün fərdi daxili psixoloji problemi meydana gəlir və onu valideyn təyin edə bilmir. Uşaq əgər gündə dörd saat məktəbdə olursa, digər vaxtları evdə olur. Bu, sırf psixoloqla bağlı bir məqam deyil. Düşünürəm ki, burda valideynlərin məsuliyyətini bir az da qabartmaq lazımdır. Və hər şeyi də psixoloqdan gözləmək düzgün deyil. Ümumilikdə orta məktəblərdə psixoloqların fəaliyyəti qənaətbəxş deyil. Hesab edirəm ki, orta məktəblərdə çalışan psixoloqların özünə psixoloq lazımdır" – deyə Əsədov qeyd edib.

"Hər bir uşağa individual yanaşılmalı və xüsusi diqqət yetirilməldir" – deyən psixoloq Fərqanə Mehmanqızı bildirib ki, məktəblərdə psixoloqa çox böyük ehtiyac var. Ancaq təəssüf olsun ki, cəmiyyət psixoloqları birmənalı olaraq qəbul etmir.

© Sputnik / Irade JELILPsixoloq Fərqanə Mehmanqızı
Orta məktəblərdə psixoloq problemi - Hər şeyi onlardan gözləmək düzgündürmü - Sputnik Azərbaycan
Psixoloq Fərqanə Mehmanqızı

"Bir psixoloq 2000 şagirdlə məşğul ola bilməz. Bu mümkün deyil. Psixoloqlar uşaqlarla qrup halında məşğul olmalıdır. Bunun üçün isə o, hər hansı bir sinfə girib icazə almalıdır ki, məsələn, "bir dərsi mənə verin, uşaqlarla məşğul olum". Bu isə dərs saatının pozulması deməkdir".

F.Mehmanqızı əlavə edib ki, valideyn iclaslarına psixoloqlar dəvət edilməli və valideynlər uşaqlarının psixoanalizini tələb etməlidir. Bu, olmadığı üçün psixoloqun fəaliyyəti də sadəcə kağız üzərində qalır.

"Yaxşı olardı ki, özəl müəssisələrdə çalışan psixoloqlar məktəb və bağçalara buraxılsın. Bu zaman psixoloqlar məktəblərdə uşaqlar və müəllimlərlə seminarlar keçirməlidir. Müəllimlərə izah edilməlidir ki, uşaqlara qeyri-adi davranışlar müşahidə edildiyi zaman psixoloqa məlumat verilsin. Bu, psixoloqlar arasında rəqabəti də gücləndirə bilər" – deyə F. Menmanqızı bildirib.

Xəbər lenti
0