Sonu görünmür... – Koronavirusun hələ nə qədər yayılacağı açıqlandı

© AFP 2024 / ED JONESСитуация в связи с эпидемиологической обстановкой в Корее
Ситуация в связи с эпидемиологической обстановкой в Корее - Sputnik Azərbaycan
Abunə olmaq
Çinin səhiyyə məsələləri üzrə dövlət komitəsinin xüsusi ekspert komissiyasının rəhbəri Çjun Nanşanya bildirib ki, Çin hökuməti xaricdən gələn xəstəliklə mübarizə aparmalı ola bilər.

BAKI, 9 mart — Sputnik. COVİD-19 virusunun yayılması ən azı iyun ayınadək davam edəcək.

Ситуация в связи с эпидемиологической обстановкой в Иране - Sputnik Azərbaycan
Cənub qonşumuzdan koronavirusla bağlı qərar: geri qaytarmırıq

Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, bu barədə Çinin səhiyyə məsələləri üzrə dövlət komitəsinin xüsusi ekspert komissiyasının rəhbəri Çjun Nanşanya deyib.

Onun sözlərinə görə, əgər hazırda bütün dünya Çindən yayılan virusun qarşısını almaq uğrunda mübarizə aparırsa, bir azdan vəziyyət dəyişə və artıq Çin hökuməti xaricdən gələn xəstəliklə mübarizə aparmalı ola bilər.

Bu gün ölkənin Milli Səhiyyə Komissiyası son 24 saat ərzində Uhan şəhərində 40 yeni yoluxma halının qeydə alındığını, daha dörd nəfərin Qansu əyalətində kənardan yoluxduğunu, ölkədə 22 nəfərin isə virusdan öldüyünü açıqlayıb. Bütövlükdə indiyədək ölkəboyu virusa yoluxanların 80 735, ölənlərin 3 119 nəfər olduğu bildirilir.

Son məlumatlara görə, dünyada 111 min 362 nəfər xəstəliyə yoluxub, 3 min 892 nəfər virusdan ölüb. 62 mindən çox adam sağalıb.

Xəbər lenti
0