Heç kim toxunulmaz deyil – Kral ailəsinin üzvlərinin həbs səbəbi açıqlandı

© Handout via REUTERSПринц Саудовской Аравии Мухаммед ибн Салман Аль Сауд
Принц Саудовской Аравии Мухаммед ибн Салман Аль Сауд - Sputnik Azərbaycan
Abunə olmaq
Bu addım başqalarına dərs vermək cəhdidir. Bununla da kral ailəsinin bütün üzvlərinə mesaj ötürülərək, “heç kimin toxunulmaz olmadığı və deyinməyi dayandırmağın lazım olduğu” bildirilir.

BAKI, 8 mart — Sputnik. Səudiyyə Ərəbistanının kral ailəsinin iki üzvü – Daxili İşlər Nazirliyinin keçmiş rəhbəri Məhəmməd bin Naif Əl Saud və kralın kiçik qardaşı Əhməd bin Əbdüləziz Əl Saudun həbsinin səbəbləri bəli olub. Sputnik Azərbaycan Associated Press agentliyinə istinadla xəbər verir ki, onlar vəliəhd şahzadə Məhəmməd bin Salma Əl Saudun ölkədə bütün hakimiyyət rıçaqlarına nəzarətin birləşdirilməsi səyini dəstəkləməyə etiraz etdikləri üçün tutulublar.

Məhbus, arxiv şəkli - Sputnik Azərbaycan
Müsəlman ölkəsində çevriliş kimi həbslər: "ABŞ-ın adamı" və keçmiş vəliəhd...

İşin detalları barədə məlumatı olan mənbə qeyd edib ki, hakim sülalənin üzvlərinin həbsi barədə qərar onların Səudiyyə Ərəbistanı rəhbərliyinə qarşı provokasiya addımları atması səbəbindən qəbul edilib. Mənbə eyni zamanda bu qərarı gözlənilməz adlandırıb. Çünki Məhəmməd bin Naif Əl Saud 2017-ci ildə vəliəhd şahzadə statusunu itirdikdən sonra ciddi nəzarət altında olub. 77 yaşlı Əhməd bin Əbdüləziz Əl Saud isə kralın kiçik qardaşıdır və krallığın yüksək vəzifəli nümayndəsi sayılır.

Adı çəkilməyən digər iki mənbə onların həbsini krallıq rəhbərliyinin çevriliş cəhdinin qarşısını almaq cəhdi kimi dəyərləndirməkdən imtina edib. Onlardan birinin sözünə görə, bu addım başqalarına dərs vermək cəhdidir. Bununla da kral ailəsinin bütün üzvlərinə mesaj ötürülərək, “heç kimin toxunulmaz olmadığı və deyinməyi dayandırmağın lazım olduğu” bildirilir. Mənbə qeyd edib ki, 34 yaşlı vəliəhd şahzadə Məhəmməd bin Salma Əl Saudun təsirindən narazı olan bütün səudiyyəlilər Əhməd bin Əbdüləziz Əl Sauda ümid edirmişlər.   

Səudiyyə Ərəbistanı zəvvarların ölkəyə girişini qadağan etdi

Associated Press qeyd edir ki, vəliəhd şahzadənin hakimiyyətə nəzarətin birləşdirilməsi cəhdlərini kral Salman şəxsən dəstəkləyir.

Qeyd edək ki, kral ailəsinin iki üzvünün, eləcə də Məhəmməd bin Naifin ögey qardaşı, şahzadə Nəvaf ibn Naifin həbsi barədə məlumat martın 7-də yayılıb. Ölkə hökuməti bu informasiyanı rəsmi olaraq şərh etməyib.

Xəbər lenti
0