Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Futbolçu azarkeşə hücum çəkdi - VİDEO

© REUTERS / DYLAN MARTINEZ Erik Dayer
 Erik Dayer - Sputnik Azərbaycan
Abunə olmaq
Məlum olub ki, azarkeş oyun zamanı tribunadan Erik Dayeri və kiçik qardaşını təhqir edib.Məlum olub ki, azarkeş oyun zamanı tribunadan Erik Dayeri və kiçik qardaşını təhqir edib.

BAKI, 7 mart — Sputnik. İngiltərə Kubokunun 1/8 final mərhələsinin "Tottenhem" - "Norviç" (2:3) matçından sonra maraqlı hadisə baş verib.

Sputnik Azərbaycan xəbər verir ki, "Tottenhem"in və İngiltərə millisinin futbolçusu Erik Dayer oyun bitdikdən sonra azarkeşlərdən biri ilə dalaşıb.

26 yaşlı yarımmüdafiəçi gözlənilmədən tribunaya qalxaraq, fanatla dalaşmağa cəhd edib. Onları stüardlar çətinliklə aralayıblar. Məlum olub ki, həmin azarkeş oyun zamanı tribunadan Erik Dayeri və kiçik qardaşını təhqir edib.

Qeyd edək ki, oyunun əsas vaxtı 1:1 hesabı ilə bitib. Penaltilər seriyasında "Norviç" 3:2 hesablı qələbə qazanıb.

Xəbər lenti
0