CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Səhvlərini düzəltdilər: Artıq növbəlilik əhəmiyyət daşımır, amma suallar yarana bilər

© Sputnik / Evgeniy Biyatov / Mediabanka keçidУчастник программы по переселению в квартире многоэтажного жилого дома
Участник программы по переселению в квартире многоэтажного жилого дома - Sputnik Azərbaycan
Abunə olmaq
Fondun vətəndaşlara satmaq öhdəliyi ilə kirayə təklif etdiyi yaşayış sahələrinin siyahısı genişləndirilib. İlkin mərhələdə Fond tərəfindən vətəndaşlara 331 mənzil kirayə təklif olunurdu. Hazırda kirayə mənzillərin sayı artırılaraq 530-a çatdırılıb

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 5 mart — Sputnik. Kirayə mənzillərə müraciətin qəbulu və baxılması mərhələli həyata keçiriləcək. İpoteka və Kredit Zəmanət Fondundan Sputnik Azərbaycan-a məlumat verilib ki, "Elektron ipoteka və kredit zəmanət" sisteminin (EİKZS) kirayə mənzil modulu elektron kabinetin yaradılması və elektron müraciətin formalaşdırılması üçün vətəndaşların istifadəsinə açıqdır. Elektron müraciətlərin qəbulu və baxılması mərhələlər üzrə həyata keçirilir.

Qapıda açar, arxiv şəkli - Sputnik Azərbaycan
CƏMİYYƏT
Kirayə mənzil istəyənlərin bilməli olduğu hər şey: gələn həftə sənəd qəbulu başlanacaq

Qeyd edək ki, fevralın 28-dən İpoteka və Kredit Zəmanət Fondunun yaşayış sahələrinin satmaq öhdəliyi ilə kirayə mexanizmi üzrə elektron kabinetin yaradılması və elektron müraciətlərin formalaşdırılması prosesinə başlanılıb. Gün ərzində artıq 3000-dək vətəndaş elektron kabinetin yaradılması üçün müraciət edib və hazırda proses davam edir. Əhalinin tələbini nəzərə alaraq Fond tərəfindən mənzil fondunun formalaşdırılması davam etdirilir.

Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı Sputnik Azərbaycan-a deyib ki, mərhələli sistemə keçidin məqsədi vətəndaşların daha rahat şəkildə müraciət etmək imkanlarının təmin edilməsidir: "Vətəndaşın internetə çıxış imkanları məhdud ola bilər. Və ya vətəndaş rayona gedib, kirayə mənzil üçün müraciət etmək imkanı olmayıb və 3-5 gündən sonra müraciət edir. Elektron imza və ya Asan imza ilə vətəndaş müraciət edir və artıq müraciətin rəsmiləşdirilməsi bir neçə gündən sonra baş verir. Yəni İpoteka və Kredit Zəmanət Fondu vətəndaşın elektron kabinetinə məktub göndərir ki, siz artıq etdiyiniz müraciəti rəsmiləşdirə bilərsiniz".

O bildirib ki, artıq burada növbəlilik məsələsi yoxdur, bu problem aradan qalxmış sayılır: "Yəni müraciət edənlər eyni vaxtda elektron kabinetində Fondun onlara göndərdiyi məktubu görür və bundan sonra müraciətlərin rəsmiləşdirilmə prosesi başlayır. Rəsmiləşdirmədən sonra isə artıq qiymətləndirmə başlayır, yəni vətəndaşların müraciətlərinə baxılır. Bu addım şəffaflığın artırılmasına xidmət edir, növbəlilik məsələsində qeyri-proporsional yanaşmanı aradan qaldırır. Artıq növbəlilik məsələsi müraciətlərin qəbulunda o qədər də əhəmiyyət daşımır, yalnız müraciətlərə baxılması mərhələsində bunun müəyyən qədər önəmi qalır".

"Eyni zamanda, Fondun vətəndaşlara satmaq öhdəliyi ilə kirayə təklif etdiyi yaşayış sahələrinin siyahısı genişləndirilib. İlkin mərhələdə Fond tərəfindən vətəndaşlara 331 mənzil təklif olunurdu. İndi kirayə mənzillərin sayı artırılaraq 530-a çatıb. Bu da müsbət amil kimi qiymətləndirilməlidir. İlkin mərhələdə mənzillərin sayı kifayət qədər normaldır. Gələcəkdə isə Fond mənzillərin sayını daha da artıracaq", – deyə ekspert qeyd edib.

İqtisadçı-ekspert Natiq Cəfərli Sputnik Azərbaycan-a deyib ki, burada elektron müraciətlərin fərdi qaydada toplanaraq baxılmasına qərar verilib: "Ümid edirik ki, bundan sonra texniki problemlər yaşanmayacaq və müraciətlərə vaxtında baxılması təmin ediləcək. Amma əgər mənzillərin bölüşdürülməsi və qərarların verilməsi mexanizmi görünməyəcəksə, burada müəyyən suallar ortaya çıxacaq".

Bəxtinizi bir daha sınayın: kirayə mənzil almaq üçün mərhələlər açıqlandı

Qeyd edək ki, elektron müraciətlərin qəbulu və baxılması aşağıdakı mərhələlər üzrə həyata keçirilir:

- Vətəndaşlar ilkin mərhələdə gücləndirilmiş elektron imzadan (Elektron imza və ya Asan imza) istifadə etməklə "Elektron hökumət" portalı (www.e-gov.az) üzərindən EİKZS-də elektron kabinet yaradır və elektron müraciətini formalaşdırır.

- EİKZS-də elektron kabinetə malik olan və müraciətini formalaşdıran vətəndaşların elektron kabinetində müraciətlərin qəbuluna başlanması vaxtı barədə bildiriş yerləşdirilir və SMS məlumat verilir.

- Elektron kabinetdə bildiriş yerləşdirildikdən sonra vətəndaşlar eyni elektron kabinetdə müəyyən olunmuş vaxtda elektron müraciəti göndərir. Elektron müraciət avtomatik qeydə alınır və onlara növbə təyin edilir.

Sumqayıtda qaçqın və məcburi köçkün ailələri üçün inşa olunan yaşayış binaları kompleksi - Sputnik Azərbaycan
CƏMİYYƏT
Dövlət Komitəsi fırıldaqdan danışdı – Mənzil almaq üçün süni boşanmalar var

- Növbəlilik əsasında vətəndaşa EİKZS vasitəsi ilə sənədlərin qəbulu tarixi təyin edilir. Qeyd edək ki, sənədlərin qəbulu prosesi 2 saylı Bakı "ASAN Kommunal" və Sumqayıt "ASAN Xidmət" mərkəzləri vasitəsilə həyata keçiriləcək.

Vətəndaşların nəzərinə çatdırırıq ki, EİKZS vasitəsi ilə yaşayış sahəsini seçmək imkanı yalnız Fond tərəfindən müraciətə baxıldıqdan və razılıq barədə qərarın qəbul edilməsindən sonra yaranır.

Kirayəçilərə dair tələblər, müraciətlərin qəbulu, onlara baxılması, yaşayış sahələrinin seçilməsi və rəsmiləşdirilməsi barədə ətraflı məlumatı Fondun internet səhifəsindən, habelə "1549" Çağrı Mərkəzinə zəng etməklə, həmçinin EİKZS-dən istifadə ilə bağlı məlumatı EİKZS-də yerləşdirilmiş təlimatla  tanış olmaqla əldə etmək mümkündür.

Eyni zamanda, vətəndaşlar Fond tərəfindən ilkin mərhələdə satmaq öhdəliyi ilə kirayəyə verilməsi nəzərdə tutulan yaşayış sahələrinin yerləşdiyi ərazi, sayı, sahəsi və digər məlumatlarla bu keçid vasitəsilə tanış ola bilərlər.

Xəbər lenti
0