04:44 01 Aprel 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
77 0 0

"Elektron ipoteka və kredit zəmanət" sisteminin kirayə mənzil modulu elektron kabinetin yaradılması və elektron müraciətin formalaşdırılması üçün vətəndaşların istifadəsinə açıqdır

BAKI, 28 fevral — Sputnik. "Elektron ipoteka və kredit zəmanət" sisteminin (EİKZS) kirayə mənzil modulu elektron kabinetin yaradılması və elektron müraciətin formalaşdırılması üçün vətəndaşların istifadəsinə açıqdır. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə İpoteka və Kredit Zəmanət Fondu (İKZF) açıqlama yayıb.

Açıqlamaya görə, elektron müraciətlərin qəbulu və baxılması aşağıdakı mərhələlər üzrə həyata keçirilir:

- Vətəndaşlar ilkin mərhələdə gücləndirilmiş elektron imzadan (Elektron imza və ya Asan imza) istifadə etməklə "Elektron hökumət" portalı (www.e-gov.az) üzərindən EİKZS-də elektron kabinet yaradır və elektron müraciətini formalaşdırır.

- EİKZS-də elektron kabinetə malik olan və müraciətini formalaşdıran vətəndaşların elektron kabinetində müraciətlərin qəbuluna başlanması vaxtı barədə bildiriş yerləşdirilir və SMS məlumat verilir.

- Elektron kabinetdə bildiriş yerləşdirildikdən sonra vətəndaşlar eyni elektron kabinetdə müəyyən olunmuş vaxtda elektron müraciəti göndərir. Elektron müraciət avtomatik qeydə alınır və onlara növbə təyin edilir.

- Növbəlilik əsasında vətəndaşa EİKZS vasitəsi ilə sənədlərin qəbulu tarixi təyin edilir. Qeyd edək ki, sənədlərin qəbulu prosesi 2 saylı Bakı "ASAN Kommunal" və Sumqayıt "ASAN Xidmət" mərkəzləri vasitəsilə həyata keçiriləcək.

Vətəndaşların nəzərinə çatdırırıq ki, EİKZS vasitəsi ilə yaşayış sahəsini seçmək imkanı yalnız Fond tərəfindən müraciətə baxıldıqdan və razılıq barədə qərarın qəbul edilməsindən sonra yaranır.

Kirayəçilərə dair tələblər, müraciətlərin qəbulu, onlara baxılması, yaşayış sahələrinin seçilməsi və rəsmiləşdirilməsi barədə ətraflı məlumatı Fondun internet səhifəsindən (www.mcgf.az), habelə "1549" Çağrı Mərkəzinə zəng etməklə, həmçinin EİKZS-dən istifadə ilə bağlı məlumatı EİKZS-də yerləşdirilmiş təlimatla https://mcgf.az/menu/204 tanış olmaqla əldə etmək mümkündür.

Eyni zamanda, vətəndaşlar Fond tərəfindən ilkin mərhələdə satmaq öhdəliyi ilə kirayəyə verilməsi nəzərdə tutulan yaşayış sahələrinin yerləşdiyi ərazi, sayı, sahəsi və digər məlumatlarla bu keçid https://mcgf.az/menu/202 vasitəsilə tanış ola bilərlər.

Əlaqədar

Kirayə mənzili satın almaq istəyənlərə yenə vəd verdilər
Sosial evlərin kirayəsi: müraciətlərin qəbuluna başlanılıb
Üzü astarından baha çıxan layihə - Ona hər adamın əli çatmayacaq
Avazları yaxşı gəlirdi, amma oxuduqları bu dəfə də Quran olmadı - Suya düşmüş xəyallar

Əsas mövzular