Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

TƏBİB Azərbaycanda koronavirusun müalicə metodunu açıqladı

© AFP 2024 / STRСитуация в связи с эпидемиологической обстановкой в Китае
Ситуация в связи с эпидемиологической обстановкой в Китае - Sputnik Azərbaycan
Abunə olmaq
Virusun hələlik xüsusi peyvəndi və dərmanı yoxdur. Digər kəskin respirator infeksiyalar kimi dəstəkverici terapiya ilə müalicə aparılır

BAKI, 3 mart — Sputnik. "Hazırda koronavirus olan 3 xəstəmiz var. Onların vəziyyəti stabildir, müşahidə altında saxlanılırlar".

Прохожие в медицинских масках на улице в Баку, фото из архива - Sputnik Azərbaycan
SƏHİYYƏ
TƏBİB rəsmisi Qərargahın əsas məqsədini açıqladı

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu TƏBİB-in Xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva bildirib. O deyib ki, hələ yanvarın 30-dan etibarən koronavirus virusunun qarşısının alınması üçün profilaktik tədbirlər planı olub: "Bu plan Nazirlər Kabineti tərəfindən təsdiq edilmişdi. Plana uyğun olaraq bütün aidiyyəti qurumlara, o cümlədən də TƏBİB-ə tapşırıqlar verilmişdi. Ölkəmizdə virusa yoluxma qeydə alınmamışdan qabaq, virus sərhədlərimizə yaxınlaşdığı zaman Nazirlər Kabineti yanında qərargah yaradıldı, tədbirlər intensivləşdirildi".

TƏBİB rəsmisi söyləyib ki, hələ yanvar ayında Azərbaycanın Çindəki səfirliyi tərəfindən rəsmi sənəd göndərilib: "O sənəddə Çin Xalq Respublikasında bu xəstəliyin yayılması zamanı müşahidə olunan bütün xüsusiyyətlər qeyd olunmuşdu. Çünki bu, yeni bir virusdur. Oradakı həkimlər virusun patogenezi, klinik xüsusiyyətləri və müalicədə istifadə olunan dərman preparatları haqqında məlumat vermişdilər. Onun əsasında da biz artıq plan tərtib etmişdik. Qeyd etmək istəyirəm ki, bu xəstəliyin əsas müalicəsi dəstəkvericidir. Çünki virusun hələlik xüsusi peyvəndi və dərmanı yoxdur. Digər kəskin resperator infeksiyalar kimi dəstəkverici terapiya ilə müalicə aparılır. Hətta məlumatlar var ki, heç bir müalicə olmadan, yüngül formada koronavirusdan yaxa qurtarmaq olur".

Xəbər lenti
0