BAKI, 28 fevral — Sputnik. "Qərargahın əsas məqsədi tibbi işlərin, yəni profilaktik tədbirlərin görülməsinə önəm verməkdir. Lakin sərhədlərin bağlanması bizim səlahiyyətlərimizə daxil deyil". Sputnik Azərbaycan-ın xəbərinə görə bu barədə TƏBİB-in rəsmisi Yaqut Qarayeva deyib bu gün koronavirusla bağlı Nazirlər Kabineti Yanında Operativ Qərargahın üzlərinin birgə keçirdiyi brifinqində deyib.
O bildirib ki, sərhədlərdə insanların eyni yerdə toplanmasının, virusun daha geniş yayılmasının qarşısının alınması üçün çadırlar qurulur.
Qurum rəsmisi digər məsələyə də toxunub: "Deyirlər ki, niyə İrandan, ya digər ölkələrdən gələnləri saxlayırlar. Bunu bilmək laızmdır ki, həmin şəxslər potensial xəstə hesab edilə bilərlər. Daha çox insanın yoxlamadan keçməsi bir o qədər də riskin qarşısının alınmasıdır".