CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

AFFA oyunları koronavirus səbəbindən təxirə salıb

© AP Photo / Eugene HoshikoПустые сидения на стадионе, фото из архива
Пустые сидения на стадионе, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
AFFA-nın təşkilatçılığı ilə keçirilən liqalarının iştirakçıları, müvafiq olaraq, orta məktəb şagirdləri və tələbələr olması nəzərə alınaraq 2020-ci il martın 10-dək ertələnib

BAKI, 3 mart — Sputnik. Nazirlər Kabinetinin yanında operativ qərargahın müvafiq məlumatı (Koronavirus (COVİD - 19) infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması) əsasında təxirəsalınmaz tədbirlər davam etdirilir.

Sputnik Azərbaycan xəbər verir ki, yoluxma hallarının qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi, ölkə ərazisində yerləşən bütün təhsil müəssisələrində tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin intensivləşdirilməsi məqsədilə martın 3-dən 9-dək bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılmasına və bununla bağlı bütün tədbirlərin təxirə salınmasına dair qərar qəbul olunub. Bu müddət ərzində Təhsil Nazirliyinə və tabeliyində təhsil müəssisələri olan müvafiq icra hakimiyyəti orqanlarına bütün təhsil müəssisələrində tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlərin davam etdirilməsi tapşırılıb. AFFA-nın təşkilatçılığı ilə keçirilən U-9, U-10, U-11, U-12, U-13, U-14, U-15, U-16, U-17 və Gənclər liqalarının (U-19), U-11, U-13 və U-16 qızlar liqalarının, həmçinin "Coca-Cola Məktəbli kuboku"nun iştirakçılarının, müvafiq olaraq, orta məktəb şagirdləri və tələbələr olması nəzərə alınaraq, qeyd olunan turnirlərin oyunları 2020-ci il martın 10-dək təxirə salınıb.

Xəbər lenti
0