BAKI, 3 mart — Sputnik. Bu gün UEFA Millətlər Liqasının püşkatma mərasimi keçirilib.
Sputnik Azərbaycan-ın məlumatına görə, mərasimdə AFFA-nın prezidenti Rövnəq Abdullayev, icraçı vitse-prezident Elxan Məmmədov, vitse-prezident Elşad Nəsirov və Azərbaycan milli komandasının məşqçisi Arif Əsədov iştirak ediblər.
Niderlandın paytaxtı Amsterdamda təşkil olunan tədbirdə Azərbaycan milli komandasının da rəqibləri müəyyənləşib. Bu mövsümdən C Liqasında mübarizə aparacaq yığmamız Lüksemburq, Kipr və Monteneqro seçmələri ilə birlikdə I qrupda yer alıb.
A Liqası
I qrup
Hollandiya
İtaliya
Bosniya və Herseqovina
Polşa
II qrup
İngiltərə
Belçika
Danimarka
İslandiya
III qrup
Portuqaliya
Fransa
İsveç
Xorvatiya
IV qrup
İsveçrə
İspaniya
Ukrayna
Almaniya
B Liqası
I qrup
Avstriya
Norveç
Şimali İrlandiya
Rumıniya
II qrup
Çexiya
Şotlandiya
Slovakiya
İsrail
III qrup
Rusiya
Serbiya
Türkiyə
Macarıstan
IV qrup
Uels
Finlandiya
İrlandiya
Bolqarıstan
C Liqası
I qrup
Azərbaycan
Lüksemburq
Kipr
Monteneqro
II qrup
Ermənistan
Estoniya
Şimali Makedoniya
Gürcüstan
III qrup
Moldova
Sloveniya
Kosovo
Yunanıstan
IV qrup
Qazaxıstan
Litva
Belarus
Albaniya
D Liqası
I qrup
Malta
Andorra
Latviya
Farer adaları
II qrup
San Marino
Lixtenşteyn
Cəbəllütariq
Millətlər Liqasının qrup oyunlarının təqvimi
I tur: 1 - 3 sentyabr
II tur: 6 - 8 sentyabr
III tur: 8 - 10 oktyabr
IV tur: 11 - 13 oktyabr
V tur: 12 - 14 noyabr
VI tur: 15 - 17 noyabr
Qeyd edək ki, Millətlər Liqasının qalibi yenə A Liqasında birinci yeri tutan 4 komanda arasında 2 -6 iyun 2021-ci ildə təşkil olunacaq görüşlərdən sonra müəyyənləşəcək. Turnirin ilk qalibi Portuqaliya yığmasıdır.