BAKI, 29 fevral — Sputnik, Kəmalə Əliyeva. Britaniyanın dünyaca məşhur müğənnisi Dua Lipa azərbaycanlı dizayner Rüfət İsmayılın yeni kolleksiyasından özünə gündəlik geyim seçib.
Sputnik Azərbaycan-a bu barədə modelyer özü bildirib.
Müğənni parlaq rəngli qeyri-adi paltarları sevdiyindən R.İsmayılın hazırladığı geyimi çox bəyənib. Modelyer ifaçıya seçiminə görə təşəkkür edib.
Xatırladaq ki, bu günlərdə Dua Lipa sosial şəbəkədəki səhifəsində azərbaycanlı rəssam Kənan Şeyxzamanlının çəkdiyi portretini paylaşmışdı.
Rüfət İsmayıl "Afffair" brendinin yaradıcısıdır. Onun nümayişləri Milan, Florensiya, Tehran və digər şəhərlərdə baş tutub. O, hazırladığı geyimlərə görə "Türkiyənin ən yaxşı dizayneri" adına layiq görülüb.
İsmayılın kolleksiyası, həmçinin Məkkədə dünyanın ən məşhur moda sənayesi öncülü olan "Pitti Uomo"da nümayiş etdirilib. "Fashion TV" kanalı onu 2018-ci ildə Avropanın ən yaxşı dizayneri adlandırıb. Onun hazırladığı geyimləri Beyons, Cenifer Lopes, Avril Lavin və digər dünya ulduzları geyinirlər.