Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Dua Lipa azərbaycanlı rəssamın çəkdiyi portreti bütün dünyaya yaydı

© © Jordan Strauss/Invision/APBritaniyalı müğənni Dua Lipa
Britaniyalı müğənni Dua Lipa - Sputnik Azərbaycan
Abunə olmaq
Dünya şöhrətli britaniyalı ulduz azərbaycanlı rəssam-illüstrator Kənan Şeyxzamanlının çəkdiyi portretini o qədər bəyənib ki, onu 39 milyonluq izləyiciləri arasında paylaşıb.

BAKI, 11 fevral — Sputnik. Azərbaycanlı rəssam-illüstrator Kənan Şeyxzamanlının çəkdiyi portret məşhur britaniyalı müğənni, bəstəkar və model Dua Lipanın o qədər xoşuna gəlib ki, onu dünyada hər kəsə göstərmək qərarına gəlib. Sputnik Azərbaycan xəbər verir ki, Dua Lipa bu portreti 39 milyondan çox izləyicisi olan "Instagram" səhifəsində paylaşıb.

Əvvəlcə Kənan Şeyxzamanlı öz "Instagram" səhifəsində müğənninin "Physical" klipindən yaranmış təəssürat əsasında çəkdiyi portretini yerləşdirib. Abunəçilərindən xahiş edib ki, portretə yazdıqları şərhlərdə ulduzun adını etiketləsinlər. Nəticədə portret və status ulduz müğənninin diqqətini cəlb edib. O, portreti öz "Instagram" hesabında paylaşaraq, azərbaycanlı sənətkarın əsərlərini çoxmilyonçu izləyicilərinə nümayiş etdirib.

© © Instagram stories / dualipaKənan Şeyxzamanlının çəkdiyi Dua Lipanın portreti
Dua Lipa azərbaycanlı rəssamın çəkdiyi portreti bütün dünyaya yaydı - Sputnik Azərbaycan
Kənan Şeyxzamanlının çəkdiyi Dua Lipanın portreti

Rəssam-illüstrator Kənan Şeyxzamanlı uşaq yaşlarından yaradıcılıqla məşğul olur. O, Azərbaycanın Xalq artisti Tünzalə Ağayevanın "Qoşa qanad" adlı bəstəsinin klipinin də illüstratoru olub.

Qeyd edək ki, Kosova əsilli Dua Lipa Britaniya müğənnisi, mahnı müəllifi və modelidir. O, 2015-ci ildə "Warner Bros Records" ilə müqavilə bağlayaraq orada ilk sinqlını buraxıb. 2016-cı ilin dekabr ayında "The Fader" jurnalının dəstəyi ilə müğənni haqqında "Mavi rəngdə" sənədli filmi çəkilib. 2017-ci ildə Dua Lipa "Spotify" tərəfindən Britaniyanın ən populyar müğənnisi seçilib. Həmin vaxt onun dünya üzrə 8,5 milyon sinqlı və 1,5 milyon albomu satılmışdı. Hazırda onun son sinqlı olan "IDGAF" "Spotify"ın qlobal çartında beşinci yerdə qərarlaşıb. "New Rules" hiti isə Amerikanın "Billboard" çartının Top-100-lüyünə daxil olub. Dua Lipa "Awards 2018"in mükafatlandırılma mərasimində iki nominasiyanın - "Ən yaxşı solo ifaçısı" və "İlin partlayışı"nın qalibi elan edilib. Müğənni 2018-ci ildə Bakıda "Formula-1" Qran-prisi çərçivəsində keçirilən konsertdə çıxış edib.

Lipa 2019-cu ilin fevralında "Ən yaxşı yeni sənətçi" nominasiyasında "Grammy" və "Ən yaxşı rəqs yazısı" kateqoriyasında "Electricity" əldə edib.

Xəbər lenti
0