CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakı yollarında özbaşınalığa texnoloji çarə tapıldı: bir söz yetər

© Photo : REPORTYeni sərnişin avtobusları
Yeni sərnişin avtobusları - Sputnik Azərbaycan
Abunə olmaq
"Həmin avadanlığın köməyi ilə avtobus sürücülərinin manevr etmə, sürət həddini ötməsi ilə bağlı etdikləri qayda pozuntularını onlayn izləyə biləcəyik"

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 29 fevral — Sputnik. Bakıda qaydaları pozan avtobus sürücülərinə qısa mesajlar göndəriləcək.

Старые автобусы - Sputnik Azərbaycan
YAZARLAR
Çirkli dayanacaq, çirkli avtobus, çirkli küçə: eləcə evdən işə, işdən evə

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) rəsmi nümayəndəsi Elvin Həsənov məlumat verib. O bildirib ki, bir sıra marşrutlar üzrə avtobus sürücülərinin qayda pozuntusu barədə şikayətlər daxil olur: "Artıq Vahid Dispetçer Mərkəzi yaradılıb. BNA-nın tabeliyindəki Nəqliyyatı İntellektual İdarətmə Mərkəzində GPS izləmə vasitələri var. Həmin avadanlığın köməyi ilə avtobus sürücülərinin manevr etmə, sürət həddini ötməsi ilə bağlı etdikləri qayda pozuntularını onlayn izləyə biləcəyik. Bununla da ictimai nəqliyyatda səhlənkarlıq halları aradan qaldırılacaq. İzləmə vasitəsilə həmin sürücüyə qaydaları pozduqda anındaca qısa mesajlar göndəriləcək. Bununla onlar üzərlərində nəzarətin olduğunu hiss edəcəklər".

E.Həsənov həmçinin qeyd edib ki, qayda pozuntusu edən sürücülər BNA-nın Sürücü Təlim Mərkəzlərində təlimlərə cəlb olunacaqlar.

Xəbər lenti
0