Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Quus Tilin ən yaxşı oyunçu barədə fikirləri Şürlenin rəyi ilə üst-üstə düşdü

© Sputnik / Aleksey Filippov / Mediabanka keçidГус Тил
Гус Тил - Sputnik Azərbaycan
Abunə olmaq
Blits sorğumuzda iştirak etmiş hazırkı və karyerasını başa vurmuş futbolçular AVRO ilə bağlı 10 sualı cavablandırıblar

Futbol üzrə 16-cı Avropa Çempionatı bu qitə birinciliyinin tarixində ən qeyri-adi turnir olacaq. Bu il Avropa çempionları kuboku uğrunda ilk turnirdən düz 60 il ötür və həmin vaxtdan bəri çempionat çox dəyişib. Biz hazırkı ulduzların və hələ bu yaxınlaradək oyunları ilə milyonlarla azarkeşi məftun etmiş futbolçuların AVRO haqqında nə düşündüyünü öyrənməyə qərar verdik.

Bu gün suallarımızı Moskva "Spartak"ının niderlandlı yarımmüdafiəçisi Quus Til cavablandırır.

- Hansı yığma birinci Avropa Çempionatını qazanıb?

- (yanında oturan Andre Şürrlenin həmin suala cavabından sonra) SSRİ yığması? Təəccüblüdür!

- AVRO-2020-nin finalı hansı stadionda keçiriləcək?

- Londondakı "Uembli"də.

- Avropa Çempionatının tarixində ən yaxşı qapıçı kimdir?

- Manuel Noyer.

- AVRO-nun tarixində ən yaxşı müdafiəçi kimdir?

- Fabio Kannavaro.

- Bəs ən yaxşı yarımmüdafiəçi?

- Zinəddin Zidan.

- Ən yaxşı hücumçu?

- David Vilya.

- Ampluasından asılı olmayaraq Avropa Çempionatının tarixində ən yaxşı oyunçu kimdir?

- Andres İnyesta.

- Hazırda Avropanın ən yaxşı oyunçusu kimi hesab edirsiniz?

- Kilian Mbappeni.

- Avropa Çempionatı barədə ən yaxşı xatirəniz?

- Niderlandın qrupda Fransa və İtaliyanı məğlub etdiyi, 1/4 finalda isə Rusiyaya məğlub olduğu AVRO-2008.

- Köhnə Dünya birinciliyinin hansı finalı tarixdə ən yaxşısıdır?

- Niderlandın AVRO-1988-də SSRİ üzərində qələbəsi.

Xəbər lenti
0