CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

16 bıçaq zərbəsi vurulan qadının səhhəti və cinayət işi Mehriban Əliyevanın nəzarətində

Abunə olmaq
"Biz qızımın müalicəsi üçün heç kəsə, eləcə də Heydər Əliyev Fonduna müraciət etməmişik. Mehriban xanım özü ailəmizin başına gələn bu faciədən xəbər tutan kimi qızımın taleyinə biganə yanaşmayıb"

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 27 fevral — Sputnik. Keçmiş əri tərəfindən 16 bıçaq zərbəsi alan Dilarə Zeynalovanın müalicəsini Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığı ilə Fond öz üzərinə götürüb.

Bu barədə Sputnik Azərbaycan-a Dilarə Zeynalovanın anası Elmira Zeynalova məlumat verib. O bildirib ki, bununla bağlı Fonda heç bir müraciət etməyiblər: "Biz qızımın müalicəsi üçün heç kəsə, eləcə də Heydər Əliyev Fonduna müraciət etməmişik. Mehriban xanım özü ailəmizin başına gələn bu faciədən xəbər tutan kimi qızımın taleyinə biganə yanaşmayıb. Onun mərhəmətlə dolu qəlbinin, xeyirxahlığının sayəsində qızımın həyatda qalmasına ümidimiz artıb. Azərbaycan Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov bizə zəng edərək qızımın səhhəti ilə maraqlandı. Bildirdi ki, onun müalicəsi ilə Mehriban xanım özü maraqlanır. Tapşırıb ki, Dilarənin müalicəsi Fondun nəzarətinə götürülsün.

Больница, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Sabiq icra başçısının oğlunun bıçaqladığı qadın barədə ürəkağrıdan xəbər

Mehriban xanımın tapşırığından sonra hər gün bir neçə yüksək ixtisaslı həkim Dilarənin müalicə aldığı xəstəxanaya gəlir. Hazırda qızımın səhhətində ən böyük problem ağciyəri ilə bağlıdır. Mən Mehriban xanıma necə təşəkkür edəcəyimi bilmirəm. O, iki qız anasıdır. Onun böyük qəlbi var. Məni bir ana kimi başa düşüb. Buna görə Mehriban xanıma çox minnətdaram. Müalicə ilə bağlı xərcləri Heydər Əliyev Fondu öz üzərinə götürüb. Artıq bizdən xəstəxana heç bir ödəniş tələb etmir. Bu bizim ailəmizə böyük dəstəkdir. Hər kəsə bəllidir ki, mənim qızımı amansızcasına bıçaqlayan Şuşa İcra Hakimiyyətinin sabiq başçısı Nizami Bəhmənovun oğlu Ceyhun Bəhmənovdur. Mən cinayətkarın cəzasız qalacağından da çox narahat idim. Amma Anar müəllim bizi arxayın etdi ki, cinayət işi tam ədalətli aparılacaq. Çünki Fonddan bununla bağlı da prokurorluğa ciddi tapşırıq verilib. Mən bir ana kimi bu dəstəyi bizə göstərən nəcib əməllər sahibi, xeyirxahlıq ilahəsi olan Mehriban xanıma təşəkkürümü bildirirəm".

Məlumat üçün onu da bildirək ki, C.Bəhmənovun ailəsi D.Zeynalovanın müalicəsi üçün onlara heç bir maddi kömək etmir. Bu barədə Elmira Zeynalova Sputnik Azərbaycan-a müsahibələrindən birində məlumat verərək bildirmişdi ki, Ceyhun Bəhmənovun anası pul yığır ki, oğlunu psixi xəstə kimi cəzadan azad etsin.

Qeyd edək ki, D.Bəhmənova fevralın 1-də 15 yaşlı qızını həkimə aparıb çıxanda keçmiş əri Ceyhun Bəhmənovun hücumuna məruz qalıb. C.Bəhmənov iki bıçaqla ona 16 bıçaq zərbəsi vurub. C.Bəhmənov Şuşa şəhərinin keçmiş icra başçısı Nizami Bəhmənovun oğludur. Faktla bağlı qəsdən adam öldürməyə cəhd maddəsi ilə cinayət işi başlanılıb, C.Bəhmənov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. İstintaq davam etdirilir.

Xəbər lenti
0