ABŞ-da koronavirus təlaşı: fövqəladə hal elan edildi

© AFP 2022 / Tiziana FabiСотрудница аэропорта в маске и перчатках до проверки пассажиров в Риме
Сотрудница аэропорта в маске и перчатках до проверки пассажиров в Риме  - Sputnik Azərbaycan
Xəbərlərə abunə olun
НовостиTelegram
"Nəticədə koronavirusun ölkədə yayılacağını gözləyirik. Burada əsas "əgər" sualı yox, "nə zaman" sualıdır", – Nensi Messonye deyib.

BAKI, 26 fevral — Sputnik. ABŞ-ın San-Fransisko şəhərinin meri London Brid koronavirus qorxuları fonunda şəhərdə fövqəladə hal elan edib. Sputnik Azərbaycan xəbər verir ki, məlumatı "Los Angeles Times" qəzeti yayıb.

Больница, фото из архива - Sputnik Azərbaycan
SƏHİYYƏ
Daha 29 nəfər koronavirus şübhəsinə görə xəstəxanaya yerləşdirildi

"San-Fransisko sakinləri arasında hələ də xəstəliyin aşkar edilməməsinə baxmayaraq, qlobal vəziyyət sürətlə dəyişməkdədir və biz hazırlığımızı gücləndirməliyik. Virusun hər gün dünyanın yeni bölgələrində yayıldığını görürük və san-fransiskoluları zərərdən qorumaq üçün lazımı addımları atırıq", – Brid çərşənbə axşamı bildirib.

Üç nəfərin San-Fransisko xəstəxanalarında koronavirusun səbəb olduğu "COVID-19" xəstəliyindən müalicə almasına baxmayaraq, şəhərdə xəstəliyin yayılması təsdiq olunmayıb.

Xatırladaq ki, Bridin bəyanatından bir müddət öncə Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzləri virusun yayılacağı ehtimalına dair xəbərdarlıq edib.

"Nəticədə koronavirusun ölkədə yayılacağını gözləyirik. Burada əsas "əgər" sualı yox, "nə zaman" sualıdır", – Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzlərinin Direktoru Nensi Messonye bildirib.

Koronavirus qurban tələb edir: Çin, İran və İtaliyadan son məlumatlar

Bu arada "ABC7" telekanalı Cənubi Koreya mediasına istinadən xəbər verir ki, "Korean Air" aviaşirkətinin Los-Anceles reysinin stüardessasında uçuşdan qısa müddət sonra koronavirus aşkar edilib. 

Stüardessanın İnçxondan Los-Ancelesə uçan təyyarədə işlədiyi bildirilir. O, ola bilsin ki, İnçxona geri uçuşdan əvvəl Los-Ancelesdə bir müddət olub. Həmin stüardessa bu yaxınlarda İnçxon-Tel-Əviv reysində də işləyib.

Los-Ancelesin səhiyyə rəsmiləri mediada yayılan bu məlumatlardan xəbərdar olduqlarını və Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzlərindən təsdiq gözlədiklərini bildiriblər.

Los-Anceles Dairəsinin Səhiyyə İdarəsi isə bölgədə koronavirusa yoluxma hallarının qeydə alınmadığını deyib.

Xəbər lenti
0