CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Mənəvi qidaya qarışan koronavirus - Müqəddəs məkanlar əlçatmaz olub

© © HO / IRANIAN SUPREME LEADER'S WEBSITE / AFPМусульманские паломники в иранском городе Мешхед, фото из архива
Мусульманские паломники в иранском городе Мешхед, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Əlaqə saxladığımız tur şirkətlərindən koronavirusa görə heç bir şəxsin sığorta edilmədiyini, sərhədi keçdikdə 3 manat sığorta haqqı ödənildiyini bildiriblər

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 26 fevral — Sputnik. Koronavirusun yayılma arealı böyüdükcə onun qeydə alındığı ölkələrlə sərhədlər də bağlanır. Bu günlərdə əksər ölkələr öz qapılarını İranın üzünə bağlayıb. Azərbaycanda da gömrük-keçid məntəqələrində dezinfeksiya tədbirlərinə görə İranla gediş-gəlişə məhdudiyyət tətbiq edilib. Bu isə dini turizmlə məşğul olan şirkətləri çətin duruma salıb.

Прохожие в медицинских масках на улице в Баку, фото из архива - Sputnik Azərbaycan
SƏHİYYƏ
ÜST Azərbaycana nümayəndə göndərdi - koronavirusa görə

Turistlərin Sputnik Azərbaycan-a verdikləri məlumata görə, müqəddəs yerlərə təyin olunan turlar ləğv olunub. Bakı sakini Nəcibə Orucova fevralın 25-nə Kərbəlaya və Məşhədə tur paket alsa da, tur şirkətindən ona reysin təxirə salındığı barədə məlumat verilib. Onun sözlərinə görə, tur şirkətindən bildiriblər ki, Kərbəla və Məşhədə səfər martın 4-də baş tutacaq.

Sputnik Azərbaycan İranda yayılmış koronavirusun hansı müqəddəs ziyarətgahlara səyahətləri təxirə saldığını, həmin turistlərin koronavirusa yoluxma ehtimalının nə dərəcədə real olduğunu araşdırıb.

"Furqan Travel"dən Sputnik Azərbaycan-a bildiriblər ki, onlar müqəddəs ziyarətgahlara turları təxirə salıblar. Turizm şirkətindən bunun səbəbinin son günlər İranda koronavirusun qeydə alınması və bir çox ölkələrin sərhədləri bağlaması ilə əlaqədar olduğunu bildiriblər:

"Biz Kərbəla və Məşhədə planlaşdırdığımız səyahətləri təxirə salmışıq. Məşhədə turu təxirə salmağımızın səbəbi İranla sərhədlərin bağlanmasıdır. İraqa girişdə də məhdudiyyət olduğundan Kərbəlaya səfərin baş tutması mümkün deyil".

"City Baku" tur şirkətinin Aynur adlı nümayəndəsi Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, mart ayına avtobusla Kərbəlaya və Məşhədə ziyarət nəzərdə tutulsa da, təxirə salınıb. Amma həmin şəxslərə 970 ABŞ dolları məbləğində Bakı-Ciddə-Bakı hava yolu ilə səyahət imkanı təklif edilib.

"Uğur Travel"dən isə Sputnik Azərbaycan-a bildiriblər ki, martın 4-nə təyin olunan Məşhəd və Kərbəla ziyarətinin baş tutub-tutmayacağı barədə indidən dəqiq bir fikir söyləmək mümkün deyil: "Fevralın 25-nə olan səyahət təxirə salındı. Məşhəd ziyarətləri 6 gündən bir olur. Ola bilər ki, martın 4-də səfər baş tutsun".

Tur şirkətindən ziyarətə gedəcək mömin şəxslərin 3 manat ödəməklə sığorta olunduqlarını bildirdilər.

"Zeynəb Əliyyun Travel" isə səyahət üçün bilet alan müsəlmanları müqəddəs torpaqlara, Ümrə, Məşhəd və Kərbəlaya çatdıracağını vəd edir. Şirkətdən bildirdilər ki, martın 4-də Astaradan Məşhədə ziyarət baş tutacaq. Şirkətdən həmçinin müqəddəs torpaqlara 900 ABŞ dolları qarşılığında təyyarə ilə reyslərin də təşkil edildiyini söylədilər.

Ситуация в связи с эпидемиологической обстановкой в Китае  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Nəsib Quliyevdən xəbərdarlıq: Bu simptomlar olan uşaqları məktəbə buraxmayın

"Salam Tour" şirkətindən Sputnik Azərbaycan-a Məşhədə səfərlərin təxirə salındığını söyləsələr də, hava yolu ilə Kərbalaya turların davam etdiyini bildirdilər. Şirkətin Nərmin adlı əməkdaşı bildirdi ki, sərhədlərin bağlanması ilə əlaqədar müqəddəs yerlərə avtobusla reyslər təxirə salınıb. Martın 20-də isə 280 ABŞ dollarına Məşhəd və Kərbəlaya səfər etmək mümkün olacaq.

Əlaqə saxladığımız tur şirkətlərindən koronavirusa görə heç bir şəxsin sığorta edilmədiyini, sərhədi keçdikdə 3 manat sığorta haqqı ödənildiyini bildiriblər.

Turizm eksperti Ruslan Quliyev Sputnik Azərbaycan-a bildirib ki, koronavirusun müqəddəs məkanların yerləşdiyi ölkələrdə qeydə alınması dini turizmə zərbə vurub: "Məşhədə, Kərbəlaya və Ümrəyə turlar ləğv edilib. Halbuki, hər il turizm şirkətləri həftədə bir dəfə müqəddəs məkanlara turlar təşkil edirdilər".

R.Quliyev ziyarətə getmək istəyən yaşlı qrupun nümayəndələrinin də virusa yoluxmasına görə risk qrupuna daxil olduğunu bildirib. Ekspert qeyd edib ki, bu cür viruslara görə turistlər sığorta olunmurlar. Çünki qrip viruslarının sığortası çox baha başa gəlir. Ona görə də tur şirkətlər yoluxucu viruslarla bağlı müştərilərini sığorta etmirlər. Onun sözlərinə görə, hazırda müqəddəs məkanlara avtobus reysləri ləğv olunsa da, bəzilərinə təyyarə ilə getmək mümkündür. Bu isə dini turizmdə qiymətin bahalaşmasına gətirib çıxarır.

Xəbər lenti
0