CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

ÜST Azərbaycana nümayəndə göndərdi - koronavirusa görə

© Sputnik / Murad OrujovПрохожие в медицинских масках на улице в Баку, фото из архива
Прохожие в медицинских масках на улице в Баку, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"Koronavirusun müalicəsi və müayinəsi ilə bağlı dünyadakı ən son yeniliklər öyrənilir. TƏBİB-in xüsusi infeksion xəstəliklərlə bağlı çalışan işçi qrupu yaradılıb. Bu işçi qrupunda ÜST-ün Azərbaycana ezam olunmuş eksperti də təmsil olunur"

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 26 fevral — Sputnik. Azərbaycanda koronavirusla bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində (TƏBİB) xüsusi infeksion xəstəliklərlə bağlı işçi qrupu yaradılıb. Bu işçi qrupunda Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycana ezam olunmuş eksperti də təmsil olunur.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə TƏBİB-in Xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva məlumat verib. O, koronavirusla bağlı son vəziyyət barədə məlumat verib: "Çində virus epidemiyasından sonra koronavirusun ölkəmizdə yayılmasının qarşısını almaq məqsədilə bu ilin yanvar ayının 30-da epidemiyaya qarşı fəaliyyət planı hazırlanıb. Epidemiyaya qarşı zəruri olan bütün tədbirlər görülüb. Məqsəd koronavirusun Azərbaycana keçməsinin qarşısını almaqdır.

Sərhəd-keçid məntəqələrimizdə, eyni zamanda o ərazilərə yaxın olan rayonlarımızda tədbirlər görülür. Həmin rayonlardakı xəstəxanalara yerləşdirilənlər sadəcə koronavirusa şübhəli olan vətəndaşlarımızdır. Onlardan xüsusi material nümunələr götürülür, müayinə olunur. Bu günə qədər onlardan heç birində təsdiq olunmuş yeni koronavirus infeksiyası aşkar olunmayıb. Koronavirusun müalicəsi və müayinəsi ilə bağlı dünyadakı ən son yeniliklər öyrənilir.

TƏBİB-in xüsusi infeksion xəstəliklərlə bağlı çalışan işçi qrupu yaradılıb. Bu işçi qrupunda ÜST-ün Azərbaycana ezam olunmuş eksperti də təmsil olunur".

Y.Qarayeva həmçinin bildirib ki, bütün tibb müəssisələri xüsusi dezinfeksiyaedici vasitələr, tibb işçiləri, eləcə də 103 və 113 təcili tibbi yardım briqadaları fərdi mühafizə vasitələri ilə təmin olunub. Əhaliyə İran İslam Respublikasına xüsusi məcburedici hal olmadıqda səfər etməmələri tövsiyə edilib.

Qeyd edək ki, 2020-ci il yanvarın 28-də Çin Xalq Respublikasında yayılmış koronavirusun Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısını almaq məqsədilə Azərbaycan Respublikası Baş Nazirinin sədrliyi ilə hökumət komissiyası yaradılıb, yanvarın 30-da epidemiyaya qarşı Fəaliyyət Planı təsdiqlənib.

Xəbər lenti
0