Bir tarix sona çatdı – Hüsnü Mübarək öldü

© © REUTERS/Amr Abdallah Dalsh/File PhotoЭкс-президент Египта Хосни Мубарак, фото из архива
Экс-президент Египта Хосни Мубарак, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Misirin 30 il hakimiyyətə qalmış lideri uzun sürən xərçəng xəstəliyindən sonra Qahirədə ailəsinə məxsus villada vəfat edib

BAKI, 25 fevral — Sputnik. Misirin keçmiş prezidenti Hüsnü Mübarək 91 yaşında vəfat edib. Sputnik Azərbaycan Misir mediasına istinadla xəbər verir ki, ölkənin dördüncü prezidenti Mübarək uzun sürən xəstəlikdən sonra həyata vida edib.

Misirin dövlət başçısı Əbdülfəttah əs-Sisi - Sputnik Azərbaycan
Misir dövlət başçısı dini ekstremizmlə özünəməxsus şəkildə mübarizə aparır

O, 25 yanvar inqilabı nəticəsində 2011-ci il fevralın 11-də istefa verənədək 30 il ərzində Misiri idarə edib.

24 may 2011-ci ildə Mübarək və oğulları Əla və Camal etirazçıların öldürülməsi və korrupsiya ittihamı ilə mühakimə olunub. 19 avqust 2013-cü ildə Mübarək korrupsiya ittihamlarından birindən bəraət alıb və iki gün sonra məhkəmə onun həbsdən azad edilməsi barədə qərar verib.

Hüsnü Mübarək 1928-ci il mayın 4-də Misirin Minufiya vilayətinin Şibin əl-Qum rayonunun Kəfrul-Museylihə kəndində anadan olub. İxtisasca hərbi təyyarəçi olan Mübarək 30 ildən çox Misir Silahlı Qüvvələrində qulluq edib, leytenant rütbəsindən aviasiya marşalı rütbəsinədək yüksəlib. 1969-cu ildə Misir Hərbi Hava Qüvvələrinin qərargah rəisi, 1972-ci ildə Hərbi Hava Qüvvələrinin komandanı və müdafiə nazirinin müavini təyin olunub.

Misir ehramlarının min illərlə gizli qalan sirri açılır

1975-ci ildə vitse-prezident postuna keçən Hüsnü Mübarək 1981-ci ildə dövlət başçısı Ənvər Sədat öldürüləndən sonra prezident kürsüsünü götürüb. 1987, 1993 və 1999-cu illərdə Xalq Məclisində keçirilən alternativsiz seçkilərdə postunu əlində saxlayıb. 2005-ci ildə ümumxalq səsverməsində yenidən prezident seçilib.

Məhəmməd Hüsnü Səid Mübarək 1928-ci il mayın 4-də Nil deltasında yerləşən Manufiyə qubernatorluğunun Kəfr-əl-Musilxa kəndində anadan olub. 1949-cu ildə Hərbi Akademiyanı fərqlənmə ilə bitirərək, leytenant rütbəsi alıb. 1950-ci ildə Bilbeys şəhərində Hərbi Hava Qüvvələri Akademiyasına daxil olub. 1956-cı il Süveyş müharibəsində iştirak edib. 1969-cu ildə Misir prezidenti Qamal Əbdül Naser onu Misir Hərbi-Hava Qüvvələrinin qərargah rəisi təyin edib. 1975-ci ildə Misir Respublikasının vitse-prezidenti təyin olunub. 1978-ci ilin avqustunda Misirdə "Milli Demokratik Partiya" yaradılır və Hüsni Mübarək onun sədr müavini, 1982-ci ildə isə partiyanın baş katibi təyin olunur.

4114 yaşlı qaraçöhrə ağacı - Sputnik Azərbaycan
Türkiyədə Misir ehramlarının yaşıdı olan ağac tapıldı

O vaxtkı prezident Ənvər Sədat 1981-ci il oktyabrın 6-da hərbi paradda öldürüldükdən sonra, ölkə konstitusiyasına müvafiq olaraq, Hüsnü Mübarək prezident təyin edilib. Ənvər Sədata sui-qəsd zamanı Hüsnü Mübarək özü də əlindən yaralanıb.

Mübarək oktyabrın 14-də Misir prezidenti vəzifəsinə keçdikdən dərhal sonra ölkədə fövqəladə vəziyyət rejimi tətbiq edib. O, 1987, 1993 və 1999-cu illərdə keçirilən referendumlarda səs çoxluğu ilə yenidən prezident seçilib. 2005-ci ildə Misir Konstitusiyasına dəyişiklik edilib, bu dəyişikliklərə əsasən, partiyalar prezident postuna öz namizədlərini irəli sürmək hüququ qazanıblar. Yeni sistemlə ilk seçki 2005-ci ildə keçirilib və Hüsnü Mübarək yenə qələbə qazanıb.

Məhkəmə Misirin eks prezidenti Hüsnü Mübarəkə bəraət verib

Keçmiş Misir prezidentinə qarşı isə düz 6 dəfə sui-qəsd cəhdi olub. Prezident olduğu illər ərzində Mübarək Yaxın Şərqdə ən görkəmli dövlət başçılarından birinə çevrilib. Onun hakimiyyəti altında Misirin bütün ərəb ölkələri ilə diplomatik münasibətləri yaxşılaşıb. Misir 1979-cu ildə İsrail ilə sülh razılaşmasına görə Ərəb dövlətləri Liqasından üzvlük haqqı əlindən alınan yeganə dövlət olub. 1989-cu ildə Misirin liqaya üzvlüyünün bərpa edilməsinə nail olub. Ölkə iqtisadiyyatında Mübarək Misirin xarici borcunu 2 dəfə azaltmağa və turizmin inkişafına müvəffəq olub.

Qasaxıstan prezidenti Nursultan Nazarbayevin andiçmə mərasimi - Sputnik Azərbaycan
SİYASƏT
"Nursultan Nazarbayev nə Bin Əlidir, nə də Hüsnü Mübarək"

2011-ci il yanvar ayının 24-də Misirdə Hüsnü Mübarəkin əleyhdarlarının genişmiqyaslı etiraz aksiyaları başlayıb. Əleyhdarlar ölkədə korrupsiyanın yüksək səviyyədə olduğunu və sərvətlərin kiçik bir zümrənin əlində toplandığını bəyan edirlər. Məhz bu, Hüsnü Mübarəkə qarşı kütləvi çıxışların əsas səbəbi kimi göstərilirdi.

Mübarək 1978-ci ildə yarı ingilis olan Süzanna Sabetlə ailə həyatı qurub. Bu evlilikdən onun iki oğlu dünyaya gəlib – Əla və Camal. 2009-cu ildə Mübarəkin nəvəsi, Əlanın 12 yaşlı oğlu Parisdə dünyasını dəyişib.

Siqaret çəkməyən və içki içməyən Hüsnü Mübarək hər gün səhər 6-da yuxudan oyanması, günə idman salonunda başlaması, sağlam həyat tərzi ilə seçilirdi.

Hüsnü Mübarək və oğlanları görün nədə ittiham olunurlar

Misir prezidenti Hüsnü Mübarək istefa verməmişdən əvvəl ABŞ hakimiyyətinin Yaxın Şərqlə bağlı mövqeyini sərt tənqid edib.

Hüsnü Mübarək yaxınlarının onu müalicə üçün Almaniyaya getməsi yönündə israrlarına son qoymasını istəyib və deyib ki, mənə öz ölkəmdə ölməyə imkan verin. O, mədəaltı vəzi xərçəngi və kolit diaqnozu ilə xəstəxanaya aparılıb.

Mübarək istefa verdikdən sonra altı il ərzində korrupsiya və nümayişçilərin öldürülməsi ittihamı ilə həbsdə yatıb. 2017-ci ildə azadlığa buraxılıb. Son zamanlar Mübarəkin Qahirənin Heliopolis rayonunda ailəsinə məxsus villada yaşadığı bildirilirdi.

Xəbər lenti
0