Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Çempionlar Liqası: Diqqət İtaliya və İngiltərəyə

© REUTERS / Eric GaillardКубок Лиги чемпионов
Кубок Лиги чемпионов - Sputnik Azərbaycan
Abunə olmaq
Fevralın 25-də “Napoli” öz meydanında “Barselona”nı qəbul edəcək, Londonda isə “Çelsi” və “Bavariya” qarşılaşacaqlar

BAKI, 25 fevral — Sputnik. Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinin daha iki oyunu keçiriləcək.

Sputnik Azərbaycan xəbər verir ki, fevralın 25-də diqqətlər İtaliya və İngiltərəyə yönələcək. 

Футбольные мячи, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Futbol tarixinin ən bahalı transferləri - SİYAHI
“Napoli” öz meydanında “Barselona”nı qəbul edəcək. Qrup mərhələsində “Liverpul”dan 4 xal qoparan neapollular cari mövsümdə gözləntilərdən aşağı çıxış edir. Ötən mövsümün yarımfinalçısı olan Kataloniya təmsilçisi isə titula köklənib.

Londonda “Çelsi” və “Bavariya” qarşılaşacaq. Qrup mərhələsinin ən məhsuldar komandası olan qonaqlar Bundesliqada da uğursuz startdan sonra öz oyununu tapıb. Robert Levandovski və komandası bu duelin favoritidir. Çünki əsasən gənclərə güvənən Frenk Lempardın komandası enişli-yoxuşlu mövsüm keçirir.

İlk oyunlar çərçivəsindəki son iki matç fevralın 26-da baş tutacaq.

Qeyd edək ki, bu cütlərdə cavab oyunları martın 17-18-də keçiriləcək.

Çempionlar Liqası

1/8 final, ilk oyunlar

25 fevral

00:00. “Napoli” (İtaliya) – “Barselona” (İspaniya)

Baş hakim: Feliks Brix (Almaniya)

Neapol. “San Paolo” stadionu

00:00. “Çelsi” (İngiltərə) – “Bavariya” (Almaniya)

Baş hakim: Klemen Turpin (Fransa)

London. “Stemford Bric” stadionu.

Xəbər lenti
0