CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yuxulu və qəzəbli - Onların susqunluğu səbəbindən ölmək üçünmü doğulduq?

© Photo : AZƏRTACАвтобусный автовокзал в Нахичеване, фото из архива
Автобусный автовокзал в Нахичеване, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"Qanunla aylıq iş norması 40 saatdır. Amma ictimai nəqliyyatda işləyənlər istirahət günlərini də iş sükan arxasında keçirirlər"

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 23 fevral — Sputnik. İşçilərin 8 saatdan artıq işlədilməsi qanunla qadağan olsa da, nəqliyyat sahəsində hələ belə hallar qalmaqdadır. Prezident İlham Əliyev Bakı Nəqliyyat Agentliyinin sədri Vüsal Kərimlini qəbul edərkən də bu məsələyə toxunub. Dövlət başçısı bildirib ki, sürücülərin hazırlanması, onların tibbi müayinəsi və iş qrafiki çox ciddi məsələdir:

PAZ avtobusu, arxiv şəkli - Sputnik Azərbaycan
CƏMİYYƏT
PAZ-ı çıxartmağın vaxtı yetişib – Çətin olsa da, labüddür

"Mən bu yaxınlarda bildirdim ki, heç kim gündə 8 saatdan artıq işləməməlidir. Əgər kimsə işçiləri qanunsuz işlədirsə, istismar edirsə, cəzasını alacaq. Əlbəttə, əminəm ki, Bakı Nəqliyyat Agentliyində çalışan sürücülər bu meyarlara riayət edirlər. İnsanların rahatlığı da vacib məsələdir. İnsanlar müasir avtobuslarda özlərini çox rahat hiss edirlər. Prinsip etibarilə elə bir avtobus xidməti olmalıdır ki, hətta şəxsi nəqliyyat vasitəsi olan insanlar da şəhər nəqliyyatı ilə hərəkət etməyə üstünlük versinlər. Hesab edirəm ki, biz bu hədəfə yaxınlaşırıq. Ona görə bu istiqamətdə əlavə addımlar atılmalıdır".

Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli isə bildirib ki, kölgə iqtisadiyyatının, eyni zamanda, qeyri-formal iş rejiminin aradan qaldırılmasına, sürücülərin 8 saatdan artıq işləməsinin qarşısının alınmasına, ictimai nəqliyyatdakı dövriyyənin şəffaflaşmasına imkan yaradacaqdır: "Ümumilikdə bizim əsas məqsədimiz sərnişinlərin daha az vaxt sərf edərək mənzil başına rahat, təhlükəsiz çatmasıdır. Bunun üçün nəinki Bakı Nəqliyyat Agentliyi, eyni zamanda, ictimaiyyət də fəal olmalıdır".

Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfər Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, nəqliyyat sektoru işçilərin iş saatından artıq işlədildiyi sahələrdən biridir:

"Bu məsələni prezidentin də vurğulaması göstərdi ki, ictimai nəqliyyatda Əmək Məcəlləsinin bu tələbi pozulur. BNA-ya tabe olan marşrutlarda sürücülərin iş rejimi qanunun tələbinə uyğundur. Amma sahibkarların əlində olan xətlərdə bununla bağlı vəziyyət elə də yaxşı deyil. Sahibkarlar işə götürdükləri sürücüləri səhər saat 6-dan gecə saat 12-dək işlədirlər. Sürücülər isə çox vaxt buna etiraz edə bilmirlər. Çünki bu zaman işlərini itirmək təhlükəsi ilə üzləşirlər. Biz hətta naharını belə sükan arxasında edən sürücülərə rast gəlirik. Sürücülər üçün nahar və çay fasiləsi verilməlidir".

E.Cəfər deyir ki, qanunla aylıq iş norması 40 saatdır. Amma ictimai nəqliyyatda işləyənlər istirahət günlərini də sükan arxasında keçirirlər.

Чиновник, фото из архива  - Sputnik Azərbaycan
CƏMİYYƏT
Qanun səkkiz saat deyir, sahibkar isə “istədiyim qədər”

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətindən Sputnik Azərbaycan-ın sorğusuna cavab olaraq bildirilir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 89-cu maddəsinə əsasən, gündəlik normal iş vaxtının müddəti səkkiz saatdan artıq ola bilməz. Gündəlik normal iş vaxtına uyğun olan həftəlik normal iş vaxtının müddəti isə 40 saatdan artıq müəyyən edilə bilməz: "Əmək qanunvericiliyində bir qayda olaraq, iki istirahət günü olan beşgünlük iş həftəsi müəyyən edilir. İstehsalın, işin, xidmətin və əmək şəraitinin xarakterindən asılı olaraq işəgötürən və ya müvafiq icra hakimiyyəti orqanı həftəlik tam iş vaxtının müddəti çərçivəsində altıgünlük iş həftəsi müəyyən edə bilər. Altıgünlük iş həftəsində də həftəlik norma 40 saat olduqda gündəlik iş vaxtının müddəti 7 saatdan, həftəlik norma 36 saat olduqda gündəlik iş vaxtının müddəti 6 saatdan və həftəlik norma 24 saat olduqda gündəlik iş vaxtının müddəti 4 saatdan çox ola bilməz".

Həmçinin Xidmətdən bildiriblər ki, "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" 2015-ci ildən qəbul edilmiş qanundan sonra sahibkarlıq subyektlərinin yoxlanılması ancaq rəsmi şəkildə edilmiş müraciət əsasında aparıla bilər.

Ekspert Eldəniz Cəfər isə Əmək Müfəttişliyi Xidmətinin bu sahədə mübarizəyə başlamalı olduğunu söyləyir. O bildirir ki, bu problemi aradan qaldırmaq üçün Əmək Müfəttişliyi Xidməti anonimliyi təmin etməli, "qaynar xətt" yaratmalıdır:

"İctimai nəqliyyat elə bir sektordur ki, burada sürücülər növbəlilik rejimində çalışmalıdırlar. Bu, sərnişinlərin təhlükəsizliyi baxımından da çox önəmlidir. Yorğun sürücünün əsəbi olması, qəza törətmək riski çox yüksəkdir. Sahibkarlar bunu nəzərə almalıdırlar. Əgər sürücülərin növbəlilik rejimində işləməsini təmin etmirlərsə, buna görə qanunvericiliklə cəzalandırılmalıdırlar".

Ekspert bəzən sürücülərə qoyulan günlük planın çox olmasının da onları iş saatından artıq işləməyə sövq etdiyini söyləyir. O, bunun üçün sürücülərin plan əsasında deyil, əmək müqaviləsi əsasında işlədilməli olduğunu qeyd edir.

BNA-dan isə sorğumuza cavab olaraq bildirdilər ki, bununla bağlı daşıyıcılara sərt xəbərdarlıq edilib. Sürücüləri 8 saatdan artıq işlədən sahibkarlara bu nöqsanları aradan qaldırmaları barədə göstəriş verilib.

Xatırladaq ki, prezident İlham Əliyev Regionların 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına həsr olunan konfransdakı çıxışında da işçiləri 8 saatdan artıq işlədən sahibkarlara sərt irad bildirmişdi. "Bizim 8 saatlıq iş günümüz var. Heç kim ondan artıq işləməməlidir. Amma daha çox pula qənaət etmək üçün 10 saat, 12 saat, ondan da çox işlədirlər. Buna son qoyulmalıdır və Nazirlər Kabineti buna nəzarət etməlidir. Xüsusi müşavirə keçirilsin ki, bu məsələlər müzakirə olunsun və əgər belə hallara yol verilirsə, o sahibkar cəzalandırılacaq".

Xəbər lenti
0