Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

İyirmi bir il sonra gələn məğlubiyyəti həzm edə bilmədi: Türkiyədə istefa

© AFP 2023 / OZAN KOSEЭрсун Янал, фото из архива
Эрсун Янал, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
İyirmi bir ildən sonra gələn məğlubiyyətə görə klub rəhbərliyi toplanıb. Baş məşqçi Ərsun Yanal istefa verib

BAKI, 23 fevral — Sputnik. Türkiyənin "Fənərbağça" klubunun baş məşqçisi Ərsun Yanal istefa edib.

Sputnik Azərbaycan IHA-ya istinadən bildirir ki, buna səbəb bu axşam Kadıköydə oynanan matçda ev sahibinin uduzması olub.

"Qalatasaray"la qarşılaşan "Fənərbağça" 1:3 hesablı məğlubiyyətə üzülüb. "Sözcü" yazır ki, iyirmi bir ildən sonra gələn məğlubiyyətə görə klub rəhbərliyi toplanıb. Ərsun Yanal istefa verib. Oyunda da qırmızı vərəqə alan Ə.Yanal hətta matçdan sonra mətbuat konfransına da gəlməyəcəyini bildirib.

Oyunda qolları: Kruse (21` pen.) (Fənərbağça), Donk (40`), Falkao (80` pen.), Onyekuru (90+7`) (Qalatasaray) vurublar.

© REUTERS / MURAD SEZERFenerbahçe - Galatasaray oyunu
İyirmi bir il sonra gələn məğlubiyyəti həzm edə bilmədi: Türkiyədə istefa - Sputnik Azərbaycan
Fenerbahçe - Galatasaray oyunu

Ərsun Yanal (66`), Deniz Türüç (84`) (Fənərbağça), Belhanda (84`) (Qalatasaray) isə qırmızı vərəqə alıblar.

"Fənərbağça" hazırda 38 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşır. "Qalatasaray" isə 45 xalla ikinci pillədədir.

Xəbər lenti
0