Tehranın başı üzərində daha bir bəla – "Qara siyahı"ya salındı

© AFP 2024 / ATTA KENAREЖенщина проходит перед фреской, на которой изображен иранский национальный флаг, фото из архива
Женщина проходит перед фреской, на которой изображен иранский национальный флаг, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Mərkəzi İranda yerləşən maliyyə qurumlarının İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Maliyyə Tədbirləri üzrə İşçi Qrupuna üzv ölkələrdəki filial və törəmə şirkətlərinə nəzarəti artırmaq çağırışı edilib

BAKI, 22 fevral — Sputnik. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Maliyyə Tədbirləri üzrə İşçi Qrupu (FATF) İranı "qara siyahı"ya salıb.

Fikrət Sadıxov - Sputnik Azərbaycan
Politoloq İran-ABŞ gərginliyi barədə: regionda təhlükəli vəziyyət yarana bilər

Sputnik Azərbaycan "Haber7"ə istinadla xəbər verir ki, İran terrorizmin maliyyələşdirilməsi və çirkli pulların yuyulmasına qarşı tədbirlər çərçivəsində maliyyə islahatlarını başa çatdırmadığı üçün "qara siyahı"ya salınıb.

Açıqlamada İranın FATF standartlarını tətbiq etmədiyi vurğulanıb və terrorizmin maliyyələşdirilməsi və çirkli pulların yuyulmasına qarşı tədbirlər çərçivəsində maliyyə islahatlarını başa çatdırmayanadək "qara siyahı"da qalacağı deyilib.

FATF üzv ölkələrin səlahiyyətli orqanlarına bununla bağlı çağırış edib. Çağırışda mərkəzi İranda yerləşən maliyyə qurumlarının FATF-yə üzv ölkələrdəki filial və törəmə şirkətlərinə nəzarəti artırmaq, bununla bağlı hesabat fəaliyyətinin intensivləşməsi istənilib. Həmçinin İranda filial və törəmə müəssisələri olan maliyyə qurumlarına yönələn xarici nəzarət öhdəliklərinin artırılması istənilib.

Səfir: "İran heç bir hərbi və təhlükəsizlik blokuna qoşulmağa möhtac deyil"

Qeyd edək ki, FATF 1989-cu ildə "Böyük yeddilik dövlətləri (G–7)"nin Paris zirvə toplantısında yaradılıb. Hazırda FATF-in 36 üzvü var.

FATF cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı fəaliyyət üzrə beynəlxalq standartları müəyyən edir, bu standartların üzv ölkələr tərəfindən tətbiqini müstəqil surətdə qiymətləndirir və dövlətlər üçün icrası məcburi xarakter daşıyan qərarlar qəbul edir.

Xəbər lenti
0