“İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Əl-Qüds xüsusi təyinatlı bölməsinin komandiri Qasım Süleymaninin amerikalılar tərəfindən “qorxaqcasına” qətlə yetirilməsindən sonra ABŞ və İran müharibənin başlanğıcına çox yaxınlaşdı”. Bu sözləri İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif “NBC”-yə verdiyi müsahibəsində bildirilib.
Politoloq Fikrət Sadıxov Sputnik Azərbaycan-a deyir ki, İran və ABŞ arasında gedən proseslərin gələcəyi ilə bağlı optimist fikir söyləmək çətindir:
“General Qasım Süleymaninin öldürülməsindən sonra gərginlik daha da artıb. ABŞ-ın keçmiş prezident administrasiyalarında İrana qarşı güc ssenariləri hazırlanmışdı, ancaq onlar tətbiq edilmədi. Hər iki ölkə seçkilərə hazırlaşır. Bu ərəfədə tərəflərin bir-birini ittiham etməsi gərginliyi daha da artırır. Düşünürəm ki, sağlam düşüncəli siyasətçilərin mövqeyi burada üstünlük qazanacaq. Əks halda regionda təhlükəli vəziyyət yarana bilər”.
Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz