Ermənistan vətəndaşı təyyarədə 40 min dollar oğurladı

© pixabay / ty_yangПассажиры на борту самолета, фото из архива
Пассажиры на борту самолета, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Təyyarə bələdçiləri iki şübhəli şəxs haqqında məlumat veriblər. Polislər dərhal şübhəli şəxslərin kimliyini müəyyən edərək onları saxlayıb.

BAKI, 21 fevral — Sputnik. Ermənistan vətəndaşı təyyarədə 40 min dollar oğurlayaraq ayaqqabısında gizlədib. Sputnik Azərbaycan xəbər verir ki, bu haqda "Moskva" agentliyi məlumat yayıb.

На месте происшествия в Стамбуле - Sputnik Azərbaycan
HADİSƏ
İstanbuldakı təyyarə qəzasının dəhşət saçan görüntüləri yayıldı

Hadisə Los-Anceles Moskva reysi üzrə hərəkət edən təyyarədə qeydə alınıb. Uçuş sona çatdıqdan sonra sərnişinlərdən biri Daxili İşlər Nazirliyinin növbətçi hissəsinə müraciət edib. O bildirib ki, çantasını təyyarədə yaddan çıxarıb. Amma polis əməkdaşları salona daxil olanda axtarılan aksessuar yerində olmayıb.

Təyyarə bələdçiləri iki şübhəli şəxs haqqında məlumat veriblər. Belə ki, onlar öz yerlərini gec tərk ediblər. Polislər dərhal şübhəli şəxslərin kimliyini müəyyən edərək onları saxlayıb. DİN mətbuat xidməti açıqlamasında bildirilib ki, qadınlardan biri güclə yeriyirmiş. Bunu sağlamlığı ilə əlaqələndirsə də məlum olub ki, ona normal yeriməyə ayaqqabılarında gizlətdiyi pullar olub. “Pulun bir hissəsi isə həmin şəxsin həyat yoldaşının cibində aşkarlanıb" deyə bildirilib.

Saxlanılan şəxslər barəsində cinayət işi açılıb.

Xəbər lenti
0