CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Koronavirus heç gözləmədiyimiz yerdən çıxa bilər, yoxlamaqda fayda var

© Sputnik / Fuad HasanovKanalizasiya suları Badamdarın küçələrini bərbad hala salıb
Kanalizasiya suları Badamdarın küçələrini bərbad hala salıb - Sputnik Azərbaycan
Abunə olmaq
A.Məmmədov deyir ki, tələblərdə kanalizasiya borularının dezinfeksiyası nəzərdə tutulmayıb. Amma ehtiyac olarsa, bunu edə bilərlər

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 21 fevral — Sputnik. Koronavirusa yoluxanların sayı artdıqca dünyada bu virusla bağlı profilaktik tədbirlər gücləndirilir. 

Dezinfeksiya işləri, arxiv şəkli - Sputnik Azərbaycan
CƏMİYYƏT
Bakıda qapı-qapı düşüb pul yığanlar kimlərdir?
Çində yeni tip koronavirus ("COVID-19") xəstəliyi ilə mübarizə və qabaqlayıcı tədbirlər üzrə yaradılmış ekspertlər qrupunun rəhbəri, respirator xəstəliklər üzrə tanınmış mütəxəssis Con Nanşan "COVID-19"un kanalizasiya sistemi vasitəsilə də yayılmasının mümkün olduğunu deyib. Çin Mühəndislik Akademiyasının akademiki Con Nanşan bu səbəbdən ictimaiyyəti ev və iş yerlərində, ictimai binalarda, xüsusən xəstəxanalardakı kanalizasiya borularının normal işləyib-işləmədiyini yoxlamağı tövsiyə edib. O, kanalizasiya borularındakı tıxacların tullantı sularında ehtimal olunan virusun havaya buxarlanmasına və beləliklə insanlara yoluxmasına imkan yarada biləcəyini deyib.

Akademikin rəhbərlik etdiyi qrup koronavirusa yoluxmuş bir neçə xəstənin nəcis nümunələrində "COVID-19" ştammını aşkar edib. Bu, koronavirusun həzm orqanları və nəcisdə yaşamağa davam etdiyini, bu yolla yayılma şübhəsini ortaya çıxarıb.

Bəs görəsən, Azərbaycanda bu virusa görə kanalizasiya borularının dezinfeksiyası aparılırmı?

Bakı Şəhər Dezinfeksiya Mərkəzinin rəhbəri Akif Məmmədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, hələ ki onlara kanalizasiya borularında dezinfeksiya aparılması barədə göstəriş verilməyib:

"Koronavirus Çində yayıldıqdan sonra müvafiq göstərişlərə əsasən, insanların sıx olduğu yerlərdə dezinfeksiya tədbirləri gücləndirilib. Artıq uşaq bağçalarında, təhsil müəssisələrində dezinfeksiya işləri aparılıb. Teatrlar da hazırda dezinfeksiya edilir. Bu həftədən isə məscidlərdə dezinfeksiya işlərinə başlamışıq".

A.Məmmədov deyir ki, tələblərdə kanalizasiya borularının dezinfeksiyası nəzərdə tutulmayıb. Amma ehtiyac olarsa, bunu edə bilərlər.

Onun sözlərinə görə, hazırda ölkəmizdə "COV" virusu qeydə alınmadığından, kanalizasiya xətləri vasitəsilə bu virusun yayılma ehtimalı da yoxdur.

Kanalizasiya lyuku - Sputnik Azərbaycan
CƏMİYYƏT
"Azərsu" kanalizasiya quyuları ilə bağlı xəbərdarlıq etdi

A.Məmmədov hələ ki planda kanalizasiya xətlərinin dezinfeksiyasının nəzərdə tutulmadığını söyləsə də, sakinlərin özlərinin bunun üçün müraciət etməsinin mümkün olduğunu deyib: "Amma sakinlər özləri mənzillərinin, kanalizasiya borularının dezinfeksiyası üçün müraciət edə bilərlər. Belə halda bizim qurumla Mənzil Kommunal İstismar İdarələri arasında müqavilə bağlanılır. Təxminən hər kvadratmetrə 50 qəpik ödəniş edilməklə dezinfeksiya işləri aparılır".

Qeyd edək ki, Con Nanşan 2003-cü ildə Şiddətli Kəskin Respirator Sindromu (SARS) epidemiyası zamanı kanalizasiya sisteminin qüsurlu konstruksiyası səbəbindən Honkonqda 300-dən çox adamın xəstəliyə yoluxduğunu xatırladıb. Fevralın əvvəlində isə yenə Honkonqda çoxmərtəbəli binanın müxtəlif mərtəbələrində yaşayan iki nəfərin virusa yoluxması aşkar edildikdən sonra binadakı bütün sakinlər təxliyə ediliblər. Hazırda səlahiyyətli qurumlar yaxın təmasda olmamış həmin iki nəfərin necə virusa yoluxduğunu araşdırırlar. Bu məsələdə ekspertlərin kanalizasiya borularının virusu yaymasının mümkünlüyü barədə şübhəsi də nəzərdə saxlanılır. Çinin Hubey vilayətinin inzibati mərkəzi olan Uhan şəhərindəki dəniz məhsulları və vəhşi heyvan əti satılan bazardan yayıldığı güman olunan koronavirusun yeni ölümcül növünə (COVID-19) yoluxanların sayı Çin və digər 25 ölkədə ümumilikdə 75 mini ötüb. İndiyədək 2247 nəfər Çində, o cümlədən 2 nəfər Honkonq xüsusi inzibati bölgəsində və bir nəfər Tayvan adasında), 3 nəfər isə xaricdə (Filippin, Yaponiya və Fransa) bu virusdan ölüb.

Xəbər lenti
0