CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Azərsu" kanalizasiya quyuları ilə bağlı xəbərdarlıq etdi

© Azerbaijan Highway State AgencyKanalizasiya lyuku
Kanalizasiya lyuku - Sputnik Azərbaycan
Abunə olmaq
Qeyd edilib ki, araşdırmalar kanalizasiya qapaqları və barmaqlıqların ayrı-ayrı şəxslər tərəfindən oğurlanaraq metal qəbulu məntəqələrinə təhvil verildiyini göstərir

BAKI, 23 yanvar — Sputnik. "Azərsu" ASC-nin balansında olan kanalizasiya quyularının qapaqlarının və yağış barmaqlıqlarının oğurlanması halları hələ də müşahidə olunur.

Sputnik "Azərsu" ASC-nin məlumatına istinadla xəbər verir ki, belə hallara daha çox Bakı şəhəri və ətraf qəsəbələrdə rast gəlinir.

Qeyd edilib ki, araşdırmalar kanalizasiya qapaqları və barmaqlıqların ayrı-ayrı şəxslər tərəfindən oğurlanaraq metal qəbulu məntəqələrinə təhvil verildiyini göstərir.

"Bəzi insanların asan yolla qazanc əldə etmək üçün törətdiyi bu əməllər "Azərsu" ASC-ni əlavə xərclərlə üzləşdirməklə yanaşı, kanalizasiya infrastrukturlarının istismarını çətinləşdirir. Kanalizasiya quyularının açıq qalması xüsusilə gecə saatlarında sürücülər və piyadalar üçün ciddi təhlükə yaradır. Kanalizasiya qapaqları və yağış barmaqlıqlarının oğurlanması hallarının araşdırılması və qarşısının alınması məqsədilə "Azərsu" ASC-nin yerli sukanal idarələri tərəfindən hüquq-mühafizə orqanlarına və digər aidiyyəti təşkilatlara müraciətlər olunub. Metal qəbulu ilə məşğul olan sahibkarlara tövsiyə olunur ki, kanalizasiya qapaqları və yağış barmaqlıqlarını qəbul etməsinlər", - deyə məlumatda bildirilib.

Xəbər lenti
0