CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İy-qoxu ilə bağlı ferma rəhbərinə xəbərdarlıq edildi

© AFP 2024 / MARIO LAPORTAHeyvandarlıq təsərrüfatı, arxiv şəkli
Heyvandarlıq təsərrüfatı, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Ətrafa yayılan iy-qoxu ilə bağlı fermanın rəhbərliyinə tez bir zamanda iy-qoxu yaradan tullantıların təmizlənməsi və düzgün idarə olunması üçün xəbərdarlıq edilib

BAKI, 20 fevral — Sputnik. Bakının Xəzər rayonunun Zirə qəsəbəsindəki quşçuluq fermasının fəaliyyəti nəticəsində ətrafa iy-qoxunun yayılması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə daxil olan şikayət yerində araşdırılıb.

Quşçuluq ferması - Sputnik Azərbaycan
CƏMİYYƏT
Azərbaycanda ikinci belə ferma yoxdur

Sputnik Azərbaycan xəbər verir ki, Nazirliyin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin direktoru Ramal Bağırov bildirib ki, idarənin əməkdaşları tərəfindən Zirədə yerləşən quşçuluq ferması ətrafında bir neçə dəfə monitorinq keçirilib.

Atmosfer havasından götürülən nümunələr üzərində analizlər aparılıb və nəticələr norma daxilində olub.

Lakin ətrafa yayılan iy-qoxu ilə bağlı fermanın rəhbərliyinə tez bir zamanda iy-qoxu yaradan tullantıların təmizlənməsi və düzgün idarə olunması üçün xəbərdarlıq edilib.

Departament direktorunun sözlərinə görə, xəbərdarlığa əməl olunmadığı təqdirdə quşçuluq fermasının daxili istehsalat prosesinin yoxlanılması üçün İqtisadiyyat Nazirliyinə müraciət olunacaq və tullantıların idarə olunması vəziyyəti araşdırılacaq.

Xəbər lenti
0