Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Ölkəyə gətirilən spirtli və energetik içkilərin aksiz dərəcəsi artırıldı

© Sputnik / © Sputnik / Elvin AhmadЭнергетический напиток, фото из архива
Энергетический напиток, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Qərara əsasən, aksiz dərəcəsi energetik içkilərin hər litri üçün 3 manatdan 3,1 manata, səməni pivəsinin hər litri üçün 1,7 manatdan 1,9 manata qaldırılıb

BAKI, 18 fevral — Sputnik. Nazirlər Kabineti “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələrinin təsdiq edilməsi haqqında” qərarında dəyişiklik edib.

Nazirlər Kabinetindən Sputnik Azərbaycan-a verilən məlumata görə, qərara əsasən, aksiz dərəcəsi energetik içkilərin hər litri üçün 3 manatdan 3,1 manata, səməni pivəsinin hər litri üçün 1,7 manatdan 1,9 manata qaldırılıb.

Девушки пьют спиртные напитки, фото из архива - Sputnik Azərbaycan
Yeni ili xəstəxanada qarşılamayın – İçki alarkən necə aldanmaya bilərik?

Aksiz dərəcəsi qıcqırma prosesində və ya spirt əlavə edilməkdən fərqli üsulla dayandırılmış qıcqırma ilə alınmış digər üzüm susloları istisna olmaqla, təbii üzüm şərabları (spirt qatılmışlar daxil olmaqla) və üzüm suslosunun hər litri üçün 3,5 manatdan 3,6 manata, şampan şərabı üçün 5 manatdan 5,1 manata, denaturasiya olunmamış etil spirit (80 həcm faiz və ya çox spirt qatılığı ilə) və həcm faizi 80-dən az qatılığı olan denaturatlaşdırılmamış etil spiritnin hər litri üçün 4 manatdan 5,2 manata qaldırılıb.

Aksiz dərəcəsi viski, rom və digər spirtli tinkturalar (şəkər qamışının qıcqırdılmış məhsullarının qovulması nəticəsində alınan), cin və ardıc tinkturası, araq, likörlər və digər spirtli içkilərin hər litri üçün isə 10 manatdan 11,2 manata qaldırılıb.

Bu qərar dərc edildiyi gündən 30 gün sonra qüvvəyə minir.

Tərkibində spirtin miqdarı 9,0 faizdən az olan digər tündləşdirilməmiş alkoqollu içkilərin hər litri üçün aksiz dərəcəsi isə 1,9 manat müəyyənləşib.

Üzüm çaxırının və ya üzüm puçallarının distillə edilməsi nəticəsində alınan spirtli tinkturaların hər litri üçün aksiz dərəcəsi isə 10 manatdan 7,2 manata endirilib.

Xəbər lenti
0