CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yeni ili xəstəxanada qarşılamayın – İçki alarkən necə aldanmaya bilərik?

CC0 / Inga Seliverstova / drinkДевушки пьют спиртные напитки, фото из архива
Девушки пьют спиртные напитки, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Spirtli içki əldə edərkən, onu daha çox ixtisaslaşmış mağazalardan və böyük marketlərdən almaq lazımdır

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 26 dekabr — Sputnik. Heç kimə sirr deyil ki, Yeni il spirtli içkinin ən çox qəbul edildiyi bir bayramdır. Bu, təkcə ölkəmizdə deyil, bütün dünyada belədir.

Bir həftə sonra Yeni ili qeyd edəcəyik və bununla bağlı olaraq, spirtli içki problemi də aktuallaşır. Çünki hər il olduğu kimi bu il də işbazların piştaxtalara saxta, zərərli və zəhərli içki çıxartmaq ehtimalı var.

Füzuli Hüseynov xalq artisti - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Füzuli Hüseynov: "İçki içən, siqaret çəkən bizə ayda 10 milyon xeyir verə bilər"

Qeyd edək ki, son iki gündə Bakıda 3 nəfərin saxta içkidən zəhərlənməsi faktı qeydə alınıb. Onlardan 2 nəfəri ölüb, bir nəfərinin isə vəziyyəti ağırdır. Belə ki, Bakı şəhər sakini Bayramov Sərxan Niyazi oğlu qohumu Həmzəyev Cəlal Ələmdar oğlu ilə birlikdə Nərimanov rayonu, K.Rəhimov küçəsindəki "Baku Voice Rooms" və Nəsimi rayonu, Tbilisi prospektindəki "Baku City" restoranlarında müxtəlif spirtli içki və qida qəbul ediblər. Bu zaman hər iki şəxsin səhhəti pisləşib. Polis bölməsinin cinayət axtarış şöbəsinin müdiri olan S.Bayramov Kliniki Tibbi Mərkəzdə dünyasını dəyişib, C.Həmzəyevin isə hər iki gözü kor olub.

Bundan başqa, dekabrın 24-də axşam saatlarında texniki spirtdən zəhərləndiyi iddia edilən başqa bir şəxsin cəsədi Səbail rayonu ərazisindəki morqa çatdırılıb. Meyitin 1995-ci il təvəllüdlü Mustafayev Mustafa Teymur oğluna məxsus olduğu ortaya çıxıb. M.Mustafayevin vəziyyəti Səbail rayonundakı restorana baş çəkdikdən sonra pisləşib. O, Toksikoloji Mərkəzə aparılıb və bir müddət sonra orada ölüb.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) isə Mingəçevir şəhərində Yusubzadə Şəmsəddin Rəzəddin oğluna məxsus saxta alkoqollu içkilərin istehsalı sexində reyd keçirib. Reyd zamanı sexdə qida təhlükəsizliyi sahəsində texniki-normativ hüquqi aktların tələblərinə əməl edilmədiyi, müxtəlif əmtəə nişanlı şüşə butulkaların yuyulub təmizlənərək müəyyən miqdarda mənşəyi məlum olmayan spirt və xammallar (su və müxtəlif meyvə aromatları) əlavə olunaraq alkoqollu içkilər hazırlandığı aşkar edilib. Sexdə mənşəyi məlum olmayan xammalların və hazır məhsulların keyfiyyət və təhlükəsizlik göstəriciləri yoxlanılmadan, müxtəlif markalı "Nemiroff", "Beluqa", "Finlandia" , "Ruskıy Standart", "Banketnaya", "Baykal", "Talka" və s. əmtəə nişanlı istehsalçılara məxsus alkoqollu içkilər hazırlanaraq satışa verilirmiş. Eyni zamanda, orada xeyli xammal tapılıb.

Ümumi dəyəri 300 min manat olan alkoqollu içkilər və tütün məmulatları aşkar edilib - Sputnik Azərbaycan
HADİSƏ
Bizi zəhərləyə bilməyəcəklər – Gömrük işçiləri külli miqdarda alkoqollu içki tutdular

Bu, ilk belə hal deyil. Təkcə bir ay ərzində AQTA tərəfindən dəfələrlə belə hal aşkarlanıb.

Maraqlıdır, bu içkiləri alanda həm aldanmamaq, həm də sağlamlığımıza ziyan gəlməməsi üçün nəyə fikir verməliyik?

Qida üzrə ekspert İbrahim Əhmədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, bu cür içkilərin üzərində yazılan məlumatlarla tanış olmaq onun həqiqi olub olmamasına təminat vermir: "Bu içkilərin tərkibində olan komponentlərin normaya uyğun olub-olmamasını laboratoriyada təyin etmək olar. Bundan başqa, içkilərin içində çöküntünün olması, rəngi və qoxusunun dəyişməsi faktı da onun təhlükəli olmasını göstərir". 

"Bu içkiləri alarkən onun düzgün qablaşdırılıb-qablaşdırılmamasına, üzərində istifadə müddətinin olub-olmamasına, etiketləşməyə olan tələbin gözlənilib-gözlənilməməsinə nəzər yetirmək lazımdır. Hər bir içkinin üzərində suyunun keyfiyyət göstəricilərindən tutmuş, spirtinin, qatqılarının normativləri dövlət standartından kənara çıxmamalıdır. Bu normativlərdən kənara çıxılma zəhərlənməyə səbəb ola, mədə-bağırsaq pozğunluğu yarada bilər", - deyə o əlavə edib. 

Ekspert zəhərlənmə baş verərsə, nə etmək olar, sualını cavablayıb: "Zəhərlənmə baş verəndə, həkimə qədər müəyyən yardımlar edilməlidir. Zəhərlənən şəxsin qusması, ona ürək dərmanlarının verilməsi məsləhətdir. Zəhərlənən şəxsin həkimə aparılması mütləqdir".

Ekspertlər onu da bildirirlər ki, spirtli içki əldə edərkən, onu daha çox ixtisaslaşmış mağazalardan və böyük marketlərdən almaq lazımdır. Çünki xırda mağazalar, bazar və bayramqabağı peyda olan birgünlük piştaxtalar daha çox gəlir əldə etmək üçün istənilən yerdən, o cümlədən saxta içki istehsal edən sexlərdən mal alırlar. İxtisaslaşmış mağazalar və marketlərdə qiymət nisbətən baha olsa da, onlar reputasiyalarını qorumaq və müştəri itirməmək üçün adətən rəsmi dilerlər və istehsalçılarla işləməyə üstünlük verirlər. Bu isə öz növbəsində saxta spirtli içkidən zəhərlənmək ehtimalını azaldır.

Xəbər lenti
0