Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Liderlərin hövsələsizliyi dövlətlər üçün təhlükəli zəiflikdir

© Sputnik / Sergey Mamontov / Mediabanka keçidПрезидент Белоруссии Александр Лукашенко и президент РФ Владимир Путин во время встречи в Сочи
Президент Белоруссии Александр Лукашенко и президент РФ Владимир Путин во время встречи в Сочи - Sputnik Azərbaycan
Abunə olmaq
ABŞ-ın yüksək səviyyəli rəsmilərinin bütün açıqlamalarına baxmayaraq, Qərbdə praktik olaraq heç kim "Şimal axını-2"nin tamamlanacağına və istifadəyə veriləcəyinə şübhə etmir

İrina Alksnis, RİA Novosti

BAKI, 18 fevral — Sputnik. "Heç vaxt "heç vaxt" deməyin".

ABŞ-ın Enerji Katibi Den Bruyettin Rusiyanın lazımi texnologiyalarının olmaması səbəbindən "Şimal axını-2"nin inşasını özbaşına başa çatdıra bilməyəcəyinə inandığına dair bəyanatına "Qazprom" öz rəsmi nümayəndəsinin dili ilə məhz belə reaksiya verdi.

Ölkəmizin beynəlxalq aləmdəki nüfuzu çox maraqlı dəyişikliklərə məruz qalır.

Prinsipcə, Rusiyanın tez bir zamanda çökməyə məhkum olduğunu təlqin edən yanaşma aktual olaraq qalır. Amerikalı nazirin açıqlaması məhz bu tanış paradiqmadan irəli gəlir. Düzdür, o, daha az inandırıcı görünür və hər gün tərəfdarlarını itirir.

Трубы на заводе по производству сжиженного газа, фото из архива - Sputnik Azərbaycan
"Qaz armageddonu": nə baş verir?

Hər hansı bir vəziyyəti öz xeyrinə dəyişməyi bacaran və ən ağrılı uğursuzluğu qələbəyə çevirən, qəribə və fövqəladə şəkildə bəxti gətirən Rusiya haqqında ideya ardıcıl olaraq populyarlıq qazanır və genişlənir. Moskvanın strateji hesablarının düzgünlüyünü, metodik iş və xaricdən vurulan badalaqların qarşısının alınmasını və öz səhvlərinin düzəldilməsi istiqamətindəki inadkarlığını etiraf etmək əvəzinə, bizim uğurlarımızı bəxtin ünvanına yazmağı üstün tutan ardıcıl tərəfdaşlarımızı başa düşmək olar.

Rusiyanın işlərindəki vəziyyəti anlamağa çalışarkən, məlum olur ki, əslində daha maraqlısı başqa şeydir: biz dövlətimizin başqa bir keyfiyyətini - hadisələrin əlverişsiz inkişafı şəraitində "sifətini saxlamaq" qabiliyyətini açıqca qiymətləndirmirik.

Bu, həqiqətən qəribədir, əgər biz siyasətin əsaslarından danışırıqsa, niyə də istənilən səviyyədə - bələdiyyədən qlobal səviyyəyə qədər danışmayaq. Nə qədər məyus olmağınızdan və nə qədər ağrılı bir zərbə almağınızdan asılı olmayaraq, təmkinli, düzgün və diqqətli ifadəni seçmək məcburiyyətindəsiniz, çünki nəzarətsiz emosiyaların ictimai sıçrayışı zəifliyi üzə çıxarır və sizə qarşı əlavə "kozır" verir.

Lakin bizim zəmanəmizdə Moskvanın dünya siyasətinin bu əsas qaydalarına əsasən izlənilməsi haradasa unikal fenomen hesab edilə bilər.

Dörd il əvvəl, İdlib ətrafındakı hazırkı vəziyyətə bənzəyən Türkiyə və Rusiya arasındakı gərginlik bütün medianın diqqət mərkəzində idi və ölkələr arasında genişmiqyaslı hərbi qarşıdurma təhlükəsi ilə bağlı çoxsaylı həyəcanverici, vahiməli proqnozlarla müşayiət olunurdu. İndi baş verənlərə maraq açıq şəkildə səngiyib.

"Hər şey göründüyü kimi sadə deyil". Ekspert Türkiyə-ABŞ münasibətlərini şərh edib>>

Hamısı ona görədir ki, Türkiyə prezidenti ötən vaxt ərzində açılan imkanlardan məharətlə istifadə edən milli lider, həmçinin hadisələr onun istədiyi kimi getmədiyi halda yeni çağırışların öhdəsindən gələ bilən şəxs reputasiyasını yaradıb. Ərdoğan yüksək aqressiv tonda əsəbi şərhlər püskürməyə başlayır, vəziyyəti öz xeyrinə dəyişmək və yaxud ziyanı azaltmaq üçün rasional hərəkətlər baxımından isə onun problemləri var.

Oxşar vəziyyət indi Belarus istiqamətindədir. Son aylar ərzində Aleksandr Lukaşenko öz ölkəsi üçün ağıllı şəkildə qazanc əldə edən təcrübəli və müdrik dövlət xadimi imicini itirib. Qəflətən məlum olub ki, Rusiya ilə adət olunan münasibətlərdə maneələr yarananda təcrübə və müdriklik emosional çılğınlıq qarşısında geri çəkilir, bu isə öz növbəsində özünənəzarətin itirilməsini, zəifliyi, vəziyyətin öhdəsindən gələ bilməməyi büruzə verir.

Türkiyə, Belarus, eləcə də liderləri çətinlik qarşısında qalanda oxşar davranış nümayiş etdirən digər ölkələrin də də əsas problemi məhz bundadır.

Dünya, doğrudan da, keçid dövrünü yaşayır. Bir çox ölkələr üçün beynəlxalq arenada statusun və təsir səviyyəsinin dəyişməsi üçün imkanlar yaranıb. Türkiyə və Polşa üçün (elə Rusiya üçün də, nə gizlədək) bu, çoxdan gözlədikləri hökmranlıq ambisiyalarını gerçəkləşdirmək şansıdır. Ancaq qoyulan məqsədə çatmaq üçün əldə olan siyasi, iqtisadi, hərbi və s. kartlardan ağılla istifadə etmək lazımdır.

Lakin rəsmi şəxslərin kütləvi emosional çılğınlıqları və "sonuncu Çin xəbərdarlığı" formatında boş təhdidlər ölkə üçün tam tərsinə və uzunmüddətli effekt vəd edir.

Beş il ərzində Rusiya bütün başlanğıcları puç etməklə hədələyən bir çox çağırışlarla üzləşib. Ancaq hətta çoxsaylı gərgin və kritik anlarda da Moskva öz qüvvələrinə soyuqqanlı inam və təmkin nümayiş etdirib. İndi dövlət rəhbərliyinin bu əminliyi doğrudanmı hiss etdiyini, yaxud da kütlə qarşısında zəiflik və narahatlıq nümayiş etdirməyin düzgün olmadığını bilərək "sifətini saxladığını" təxmin etmək olar.

Нефтяная качалка, фото из архива - Sputnik Azərbaycan
Seçim yoxdur: ABŞ Rusiya neftindən asılılığı etiraf edir

Elə olmasa belə, nəticələr məlumdur. Krım körpüsü (enerji körpüsü və yarımada üçün vacib olan digər infrastruktur kimi) tikilib. Kənd təsərrüfatında idxalın əvəzlənməsi ölkəni qlobal bazarın aparıcı oyunçusuna çevirdi. Suriyadakı hərbi əməliyyat Yaxın Şərqdəki dövlətə qələbə və keyfiyyətcə yeni bir rol gətirdi. Son və cari yerli nailiyyətlərin siyahısı çox uzun müddət davam etdirilə bilər.

Buna görə də Qazpromun "heç vaxt "heç vaxt" deməyin"i layihəsinin uğursuzluğunu ört-basdır etmək cəhdi kimi deyil, qaçılmaz problemlərə adi bir rus yanaşması kimi qəbul olunur: onları sadəcə həll etmək lazımdır - böyük və hədələyici sözlər olmadan, boş vədlər vermədən.

Nəticədə, ABŞ-ın yüksək səviyyəli rəsmilərinin bütün açıqlamalarına baxmayaraq, Qərbdə praktik olaraq heç kim "Şimal axını-2"nin tamamlanacağına və istifadəyə veriləcəyinə şübhə etmir. Rusiya da sübut etdi ki, sözləri havaya demir.

Türkiyə (və yalnız o deyil) özü haqqında eyni şeyi deyə bilməz.

Xəbər lenti
0