BAKI, 18 fevral — Sputnik. Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunlarına start veriləcək. Sputnik Azərbaycan xəbər verir ki, ilk oyun günündə 2 matç keçiriləcək. Madridin "Atletiko" klubu öz meydanında "Liverpul"u qəbul edəcək. Digər görüşdə isə günün maraqlı qarşılaşması baş tutacaq. "PSJ" "Borussiya"nın qonağı olacaq. Futbol azarkeşləri bu gün keçiriləcək oyunlara Azərbaycan, Türkiyə və Rusiya telekanalları vasitəsilə canlı yayımla baxa biləcəklər. "Atletiko" - "Liverpul" qarşılaşması "CBC Sport" kanalında, "Borussiya" – "PSJ" oyunu isə "İdman TV" kanalında yayımlanacaq. Hər iki görüş Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.
Qeyd edək ki, UEFA Çempionlar Liqası ən yaxşı oyunçu üçün mükafat təsis edib. Qurumun rəsmi saytının yaydığı məlumata görə, mükafat bu gün ÇL-nin 1/8 final mərhələsindən başlamaqla veriləcək.